Azərbaycana gəlmək istəyən rus turistlər artır
03 MAY 2016
278

Azərbaycana gəlmək istəyən rus turistlər artır

Rusiya əhalisi arasında yay istirahətini Azərbaycanda keçirmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Fins.az-ın məlumatına görə, bu, Rusiya Turoperatorları Assosiasiyasının apardığı sorğunun nəticəsində məlum olub.

Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz ölkələri turistləri, əsasən vizasız gediş-gəlişə görə cəlb edir. Respondentlər bu ölkələrdə müəyyən mənfi halların da olduğunu qeyd ediblər. Belə ki, çarter reyslərinin olmaması və aviabiletlərin kifayət qədər baha olması onları narahat edən amillərdəndir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır