Qəbələdən İstanbula uçuşlar 2 dəfə ucuzlaşdı
05 MAY 2016
3246

Qəbələdən İstanbula uçuşlar 2 dəfə ucuzlaşdı

Türkiyənin aşağıbüdcəli «Pegasus» aviaşirkəti yeni kampaniyaya başlayıb. Kampaniya çərçivəsində Qəbələdən İstanbula gediş qayıdış biletləri 2 dəfə ucuzlaşıb. Turizm şirkətlərindən fins.az-a verilən məlumata görə, iyunun 15-dən  ayın sonuna kimi «Pegasus»la uçmaq istəyənlər Qəbələ-İstanbul- Qəbələ reysi üzrə 99 avroya uça biləcəklər. Bu qiymətə 23 kiloqramlıq baqaj və 7 kiloqramlıq əl yükü daxildir.

Qeyd edək ki, adi qaydada "Pegasus"la  Qəbələdən İstanbula  gediş qayıdış biletlərini 195 avroya sifariş etmək mümkündür. 

Eləcə də bax: Azərbaycanlılar Pegasusla pulsuz uçacaqlar – KAMPANİYA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır