“Pegasus”dan növbəti endirim – 39 DOLLAR
10 MAY 2016
4103

“Pegasus”dan növbəti endirim – 39 DOLLAR

Türkiyənin aşağıbüdcəli «Pegasus» aviaşirkəti yeni qış kampaniyasına başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, oktyabr ayının 30-dan 2017-ci ilin mart ayının 25-i aralığında “Pegasus”la uçmaq istəyənlər indi bu biletləri daha ucuz sifsriş edə bilərlər.

Eləcə də bax: Qəbələdən İstanbula uçuşlar 2 dəfə ucuzlaşdı

Belə ki, may ayının 16-na kimi müxətlif istiqamətlərə 35 dollardan bilet sifariş etmək olar. Şirkətdən bildirilib ki, kampaniya yalnız birbaşa uçuşlara aiddir. Şirkətin satış agenti İradə İbrahimova fins.az-a bildirib ki, bu qiymətə yalnız 8 kiloqramlıq əl baqajı daxildir.

Qeyd edək ki, kampaniya çərçivəsində İstanbul- Qəbələ reysləri də uçuşlar da ucuzlaşıb.Bu reys üzrə biletləri indi 25 % ucuz əldə etmək olar. Adi qaydada Qəbələdən İstanbula uçuşlar 50 dollara başa gəlirsə, qış üçü indidən bilet sifariş 39 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır