Bakı-İstanbul reyslərində endirim olacaq – AÇIQLAMA
13 MAY 2016
976

Bakı-İstanbul reyslərində endirim olacaq – AÇIQLAMA

Yay aylarında İstanbul-Bakı-İstanbul aviareyslərində endirim kampaniyaları olacaq. Fins.az-ın məlumatına görə, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib. Onun sözlərinə görə, THY hazırki vəziyyəti dəyərləndirib kampaniyalar haqda düşünür: «Son vaxtlar Azərbaycanda aşağı büdcəli aviaşirkətlər fəaliyyət göstərməyə başlayıb. “Türk Hava Yolları”nın bildiyiniz kimi aşağı büdcəli aviareysləri yoxdur. Buna görə uçuş xərcləri barədə bəzi təkliflər hazırlayırıq. Biz qarşıdan gələn yay mövsümü ilə əlaqədar xüsusi proqram üzərində işləyirik».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır