“Baku City Tour”la gəzinti pulsuz oldu
16 MAY 2016
726

“Baku City Tour”la gəzinti pulsuz oldu

Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı Turizm İnformasiya Mərkəzi “Bakı City Tour” marşrutu şəhər mədəniyyət və turizm idarəsinin şəbəkəsinə daxil olan muzey və ekspozisiyalarda keçirilən “Açıq qapı” günü aksiyasına qoşulmaqla gedişi pulsuz elan edir.

Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a bildirilib ki, Bakı Turizm İnformasiya Mərkəzi paytaxtımızın sakinlərini və qonaqlarını “Baku City Tour - Qədim və müasir Bakı turunun” marşrutu üzrə şəhərin görməli yerlərinə baxmağa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır