Dünyanın ən böyük kruiz gəmisi - FOTOLAR
17 MAY 2016
783

Dünyanın ən böyük kruiz gəmisi - FOTOLAR

Dünyanın ən böyük kruiz layneri “Harmony of the seas” Fransanın Sen-Nazer şəhərindən ilk səfərinə yola düşüb. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, gəmi Böyük Britaniyanın Sauthempton şəhərinə istiqamətlənib. Burada onun göyərtəsinə ilk sərnişinlər ayaq basacaq, bundan sonra isə o, Barselona limanına daxil olacaq və oradan Aralıq dənizi boyunca kruiz səfərinə çıxacaq. Laynerin su basımı (tonnajı) 227,5 min ton, eni – 66 m, uzunluğu 362 m təşkil edir, onun göyərtəsinə 6,4 min sərnişin və 2 min ekipaj üzvü yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır