Türkiyəyə tur satan Rusiya şirkətlərinə cinayət işi açıldı
25 MAY 2016
393

Türkiyəyə tur satan Rusiya şirkətlərinə cinayət işi açıldı

Rusiyada Türkiyəyə tur satan şirkətlərlə bağlı araşdırmalar başlayıb. Fins.az-n məlumatına görə, son 6 ayda 1700 turizm şirkətində yoxlamalar aparılıb. Türkiyəyə turlar təşkil edilən 400 turizm şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb. Rusiya İnsan Haqqları və İstehlakçı Hüquqları Müdafiə Təşkilatı ötən ilin yanvar ayından bu ilin may ayının 13-nə kimi aparılan yoxlamanın nəticəsinə əsasən 160 şirkət cərimələndiyini bildirib. 240 şirkətə qarşı isə cinayət işi açılıb. Təşkilatdan verilən məlumata görə, hazırda onlayn turların satılıb-satılmaması ilə bağlı yoxlamalar davam etdirilir.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bu ilin birinci rübündə ölkəyə gələn turistlərin 10,3 % azalaraq 4,1 milyon olduğunu açıqlayıb. Azalmanın bir səbəblərindən biri son dövrdə baş verən terror aktlarıdırsa, digər səbəb Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır