Misir otellərində 10 qat ucuzlaşma – QİYMƏTLƏR
27 MAY 2016
2187

Misir otellərində 10 qat ucuzlaşma – QİYMƏTLƏR

Misir otellərində qiymətlər təxminən 10 dəfə azalıb. Fins.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb. Məsələn, əvvəllər Misirdə bir gün gecələmək 200 funt sterlinqə və yaxud 293 dollara başa gəlirdisə, hazırda bu rəqəm 18,15 funt sterlinqə və yaxud 26,61 dollara düşüb.

Britaniyanın «The Daily Mail» qəzeti yazır ki, Misir otellərinin ucuzlaşması özünü ölkənin bütün şəhərlərində, o cümlədən dəbdəbəli otelləri ilə məşhur olan Şarm-əl-Şeyxdə göstərir.

Məsələn, hazırda şəhərin “Renaissance Hotel”ində bir gün gecələmək 23 funt sterlinqə (33,7 dollara), “Sunrise Select Diamond Beach Resort” hotelində 35 funt sterlinqə (51 dollara), “Radisson Blu Resort” hotelində azı 7 günlük sifariş şərti ilə 18,16 funt sterlinqə (26,61 dollara) başa gəlir. Habuki sonuncuda 1 gün dincəlmək əvvəllər gündəlik 200 funt sterlinq və yaxud 293 dollar xərc tələb edirdi. Booking.com saytının servisində tövsiyyə edilən 25 ən ucuz beşulduzlu otel arasında iyunun 9-na ən sərfəlisi “Renaissance Sharm El Sheikh Golden View Beach Resort”dur. Bu oteldə 1 gecə qalmaq 37,5 dollara başa gəlir. 25 otelin 19-u isə 60% güzəşt təqdim edir. Son vaxtlar Misirlə əlaqəli 2 aviaqəza baş verib. Oktyabrın sonunda terror aktı nəticəsində Airbus A321 sərnişin təyyarəsi Sinay yarımadası üzərində qəzaya uğrayıb və 224 nəfər həlak olub. Mayın 19-da isə Paris-Qahirə aviareysini həyata keçirənAirbus A320 təyyarəsi radarlardan itib və 66 nəfər həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır