Həftə sonu hara getmək olar ? – RAYON TURLARI
27 MAY 2016
2029

Həftə sonu hara getmək olar ? – RAYON TURLARI

İsti hava proqnozu və qarşıdakı 3 günlük istirahət həftə sonunu daha səmərəli keçirməyə imkan verir.  Gəzməyi sevənlər hətta həftənin əvvəlindən  ölkə daxili gəzinti turlarında bilet sifariş edib hazırlıqlarını görüblər. Amma həftəni gərgin  iş rejimində keçirərək qarşıda onları 3 günlük istirahətin gözlədiyindən indi xəbər tutanlar üçün hələ də gec deyil. Indi də səyahət üçün plan qura bilərlər. Fins.az-ın məlumatına görə, yerli turizm şirkətləri 3 gün ərzində bölgələrə turlar şəkil edirlər. Adambaşı qiymətlər isə 21-24 manat arasında dəyişir.   

Bölgələrdə bir günlük istirahət -21 -24 manat 

Daxili turların təşkili ilə məşğul aln AFN Travel şirkətindən fins.az-a verilən məlumata görə, mayın 28-i, 29-u və 30-u üçün bir günlük turlar təşkil edilir. Şəki-Qəbələ, Qəbələ,İsmayilli-Lahıc,Quba,Masallı turu,Qəbələ-Oğuz  turları təşkil edilir. Şirkətin tur meneceri Ziya Piriyev bildirib ki, turlar üzrə yerlərin çox hissəsi artıq tutulub. Hər tur üçün cəmi 3-4 yer qalıb. Masallı və Qəbələ-Oğuz turu 24 manat, Şəki-Qəbələ turu 23  manat, İsmayilli-Lahıc turu 22 manatdır. 3 günlük istirahət müddətində Qubaya getmək istəyənlər adam başı 20 manat, Qəbələyə getmək istəyənlər isə 21 manat ödəməlidirlər. Bu qiymətə nəqliyyat xərci, səhər yeməyi, tur bələdçi, muzey və komplekslərə ekskursiya  və foto çəkiliş daxildir.Qayıdarkən isə  çay süfrəsi təşkil edilir. 

Tarixi abidələr, təbiət və ekstrim əyləncə 

Ziya Piriyevin sözlərinə görə, Şəkidə daha çox tarixi  yerlərə, o cümlədən Xan Sarayı, Karvansaray kimi tarixi məkanlara gəzinti təşkil edilir. Qəbələyə daha çox əyləncəni sevənlər seçir. Belə ki, burada Tufandağ kanat yolu, Qəbələlənd və Nohur göl var. Meşə- təbiət qoynunda daha çox vaxt keçirmək istəyənlər Quba turuna maraq göstərirlər.Belə ki, burada Qəçrəş meşəsi, xeyli bulaq və şəlalələr var.Lahıc turuna tarixi abidələri görmək istəyənlər və ekstrim gəzinti istəyənlər qatılır.Belə ki, tur iştirakçıları burada Namazgah şəlaləsinə sıldırım qayalarla  dəqiqə piyada yol getməli olurlar. 

Yeməyi evdən gətirib restoranda bişirmək olur 

Z.Piriyev bildirib ki, müştərilər  günorta yeməyini restoranda sifariş edə bilərlər. Amma bəzi hallarda müştərilər yeməkləri evdə hazırlayaraq  yeməyi restoranda bişirirlər.  4-5 nəfərlik restoranda bişirilməsi 10 manata, manqalı kirayələmək isə 5 manata başa gəlir. Müştərilər 20 nəfərlik çay samovarını sifariş edəndə restoran yeməyinin restoranda bişirilməsi pulsuz başa gəlir. 

Səyyah.az-dan məktəbilər üçün Şamaxı turu -16 manat 

Səyyah.az turizm şirkəti isə azyaşlı və məktəblilər üçün həftəsonuna turlar  təşkil edir. Şirkətin tur meneceri Pərvanə Abbaslı fins.az-a bildirib ki, mayın 30-da  artıq yay tətili başladığından Şamaxı-Pirqulu turu təşkil ediləcək. Turun qiyməti 16 manatdır. Bu qiymətə avtobus, fotosessiya, Şamaxı rəsədxanasına giriş bileti daxildir. Turda məktəblilərlə yanaşı, onların valideynləri və  müəllimlər də iştirak edir. Bakı daxilində is az yaşlılar Qala- Yanardağ- Atəşgah turuna qatıla bilərlər. Bu qiymətə fotosessiya, şirniyyat, su və gəzinti daxildir.

Onun sözlərinə görə, həftə sonu turlara mətkəblilərlə yanaşı, böyüklər də qatıla bilər. Məsələn, Lahıc və Qəbələyə də turlar təşkil edilir. Lahıc turuna qatılmaq səhər yeməyi daxil 18 manat, günorta yeməyi daxil olmaqla 25 manatdır. Qəbələyə səhər yeməyi turlar daha ucuz- 17 manata başa gəlir.  

Bakı ətrafı gəzinti 9-10 manat

“R&R Travel”  şirkəti isə həm Bakı ətrafı turlar, həm də bölgələrə turlar təşkil edir. Bakı ətraflı olaraq Qobustan, Mərdəkan –Denravi parkı, İçərişəhər və Zoopark  gəzinti təşkil edilir. Uşaqlar üçün  bu gəzintiyə qatılmaq 9 manata, böyüklər üçün isə 10 manata başa gəlir. Bu qiymətə nəqliyyat xərci, şirniyyat, su, şirələr, muzey  biletləri və fotosessiya daxildir. Mərdəkan-Denravi parkına qatılanlar isə yemək bişirmədən botanika bağında piknik etmək, göldə qayıq sürmək imkanı qazanırlar. Burada qayıq sürmək 1 manatdır.  Bundan əlavə İçərişəhər və Zooparka da gəzinti təşkil edilir.   

25 manatlıq tur –həm səhər, həm də günorta yeməyi 

Bundan əlavə bölgələrə 19-25 manata turlar da təşkil edilir. Sadəcə səhər yeməyi istəyən müştərilər 19 manatlıq, tura günorta yeməyinin də daxil edilməsini istəyənlər isə 25 manat ödəməlidirlər. Şirkətin tur meneceri Südabə Babayevə fins.az-a bildirib ki, həftə sonu istirahət günlərində Şamaxı, Quba, Qəbələ və İsmayıllı- Lahıc  istiqamətində turlar təşkil edilir. 19 manatlıq  biletlərdə səhər yeməyi restoranda verilir. 25 manatlıq paketdə isə səhər yeməyi avtobusda,  günorta yeməyi isə restoranda təşkil edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır