Həftə sonu hara gedək? - SƏYAHƏTLƏRİN SİYAHISI
09 İYUN 2016
689

Həftə sonu hara gedək? - SƏYAHƏTLƏRİN SİYAHISI

Həftə sonu istirahət üçün artıq plan qurmağın vaxtıdır. İstirahət üçün bölgələrə üz tutmaq da olar. Belə ki, bölgələrdə bir neçə gün istirahət etmək istəyənlər adambaşı qiymətləri19-20  manata olan hotellər sifariş edə bilərlər. Bir gün ərzində istirahət edib Bakıya qayıtmaq istəyənlər isə turizm şirkətlərinin həftə sonu bölgə turlarına qatıla bilərlər. Bu turaların qiyməti 20-25 manat təşkil edir. Çox uzağa getmədən xoş istirahət yaşamaq istəyənlər isə elə Bakı ətrafında piknikdə də ailəvi istirahət edə bilərlər.  

Eləcə də bax: Azərbaycanda yeni istirahət mərkəzi açılır – QİYMƏTLƏR

Bölgələrə bir günlük turlar-  20-23 manat 

Daxili turların təşkili ilə məşğul aln AFN Travel şirkətindən fins.az-a verilən məlumata görə, iyun ayının 10-u və 11-i bir günlük turlar təşkil edilir. Şəki-Qəbələ, Qəbələ,İsmayilli-Lahıc,Quba turları təşkil edilir. Şirkətin tur meneceri Ziya Piriyev bildirib ki, turlar üzrə yerlərin çox hissəsi artıq tutulub. Hər tur üçün cəmi 3-4 yer qalıb. Şəki-Qəbələ turu 23  manat, İsmayilli-Lahıc turu 22 manatdır.

İstirahət müddətində Qubaya getmək istəyənlər adam başı 20 manat, Qəbələyə getmək istəyənlər isə 21 manat ödəməlidirlər. Bu qiymətə nəqliyyat xərci, səhər yeməyi, tur bələdçi, muzey və komplekslərə ekskursiya  və foto çəkiliş daxildir.Qayıdarkən isə  çay süfrəsi təşkil edilir.  

Eləcə də bax: Bakı ətrafında piknik zonası açıldı – İLK DƏFƏ - FOTOLAR

Tarixi məkanlar, təbiət və ekstrim 

Ziya Piriyevin sözlərinə görə, Şəkidə daha çox tarixi  yerlərə, o cümlədən Xan Sarayı, Karvansaray kimi tarixi məkanlara gəzinti təşkil edilir. Qəbələyə daha çox əyləncəni sevənlər seçir. Belə ki, burada Tufandağ kanat yolu, Qəbələlənd və Nohur göl var. Meşə- təbiət qoynunda daha çox vaxt keçirmək istəyənlər Quba turuna maraq göstərirlər.Belə ki, burada Qəçrəş meşəsi, xeyli bulaq və şəlalələr var.Lahıc turuna tarixi abidələri görmək istəyənlər və ekstrim gəzinti istəyənlər qatılır.Belə ki, tur iştirakçıları burada Namazgah şəlaləsinə sıldırım qayalarla  dəqiqə piyada yol getməli olurlar. 

Z.Piriyev bildirib ki, müştərilər  günorta yeməyini restoranda sifariş edə bilərlər. Amma bəzi hallarda müştərilər yeməkləri evdə hazırlayaraq  yeməyi restoranda bişirirlər.  4-5 nəfərlik restoranda bişirilməsi 10 manata, manqalı kirayələmək isə 5 manata başa gəlir. Müştərilər 20 nəfərlik çay samovarını sifariş edəndə restoran yeməyinin restoranda bişirilməsi pulsuz başa gəlir.  

Şəxsi maşınla gəzintiyə çıxanlara ucuz hotellər 

Amma qruplara qatılmaq istəməyən və şəxsi avtomobili ilə həftə sonu maraqlı istirahət keçirmək istəyənlər üçün bölgələrdə ucuz hotellər sifariş edə bilərlər. Quba, Şəki, Oğuz, Qəbələ və Xaçmazda təbiət qoynunda yerləşən adambaşı qiymətləri 15-25 manat olan hotellərdə gecələmək olar. Məsələn, “Terrace Quba Hotel”  müştərilərə adambaşı 19 manatdan hoteldə qalmağı təklif edir. Hoteldən fins.az-a verilən məlumata görə, formalaşan ənənənin əksinə olaraq bu qiymətə səhər yeməyi deyil, nahar yeməyini daxil edliib. Hoteldə səhər yeməyi sifariş etmək 5-6 manata başa gəlir. Kabab, sup və salatlardan ibarət şam yeməyi  isə 8-10 manatdır. Otaqlara gəldikdə isə hər bir nömrənin isitmə-soyutma sistemi, hamamı,pulsuz internet, kabel televiziyası, divan və kreslosu var. 

“İlisu Pansionat Hotel”  15 manat 

Qaxın İlisu kəndində isə adambaşı 2-3 manat ödəməklə dağ cığırlarına və meşəyə gəzintidə iştirak etmək olar. Gəzintini Qaxda  İlisu Pansionat Hoteli təşkil edir.Hoteldə gecələmək bir nəfər üçün 15 manata başa gəlir. Gündə 3 dəfə yeməklə hoteldə gecələmək isə adambaşı 30 manatdır. Hotelin rəhbəri Nizami  Həşimov fins.az-a bildirib ki, hotel 2 mərtəbəli koteclərdən ibarət hoteldə 2-9 nəfərlik qrup və ailələr qala bilər. Səhər yeməyi  sıyıq, yağ, pendir, bal, yumurta daxildir. Nahar və şam yeməyi isə bir həftəlik təkrar olunmayan ev yeməklərindən seçilir. 

Şəkidə «Qədim Karvansaray Hotel» – 15 manat

 
İstirahət istiqaməti olaraq Şəki seçənlər büdcələrinə qənaət etməklə ucuz istirahət əldə edə bilərlər. Belə ki, Şəkinin mərkəzində 300 illik tarixi olan “Karvansaray”da  münasib qiymətə qalmaq olar. Hoteldən fins.az-a verilən məlumata görə, 2 nəfərlik standart nömrələr 30 manat, lyuks nömrələr 50 manat, 3 nəfərlik standard nömrələr 36 manat, lyuks nömrələr 60 manata başa gəlir. Lyuks nömrələrdə peyk antenalı iri televizorlar var. Bundan əlavə otaqlar və hamam standart otaqlara nisbətən daha genişdir. Hoteldə bir nəfər üçün qiymətlər isə 20 manatdır. Əlavə səhər yeməyi 5-6 manata, nahar və şam yeməyi isə menyudan aslı olaraq 10-15 manatdır. 

Xaçmazda «Turist»  ailəvi istirahət mərkəzi- 20 manat 

Xaçmazda münasib qiymət təklif edən digər obyekt «Turist» ailəvi istirahət mərkəzidir. istirahət mərkəzi mayın birindən etibarən sentyabr ayının 15-nə kimi fəaliyyət göstərir. Hotelin rəhbəri Naim Əhmədov fins.az-a bildirib ki, qiymətlər 20 manatdan başlayır. Səhər yeməyi daxil iki nəfərlik otaq sifariş etmək 40 manata başa gəlir. Gündə 3 dəfə yeməklə bu otağı 50 manata sifariş etmək olar. Böyüklər və uşaqlar üçün hovuzlardan istifadə pulsuzdur. Eyni zamanda bu qiymətə günün istənilən vaxtı pulsuz samovar çayı sifariş etmək də olar. Otaqlarda isə hər bir şərait var. Yəni, hamam, mövsümü işlədiyi üçün soyutma sistemi, televizor, soyuducu və internet də var. 

Bakıdan uzaqlaşmaq istəməyənlər üçün  piknikcənnəti 

Bütün bu qiymətlərə  və şəraitə baxıb könlündən keçirsə də bölgələrə gedə bilməyənlər üçün fins.az daha biristirahət imkanı təqdim edir. Bu Bakı-Şamaxı yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən Qobulənd piknik zonasıdır. Bakıdan o qədər də uzaq məsafədə yerləşmədiyini nəzərə alsaq, həftə sonu “Qobulənd İstirahət  mərkəzi”nin ərazisində yerləşən bu piknik zonasına ailəvi və qrup formasında istirahəti sevən hər kəs üz tuta bilər.Piknikin özəlliyi ondan ibarətdir ki, burada  “özü bişirib özü yeyənlər” üçün də şərait yaradılıb. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər.Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar. Piknik zonasında yerləşən göldən balıq tutmaq isə pulsuzdur. 

Kabab bişirmək üçün müştərilərə manqal, samovarvə digər ləvazimatlar kirayə verilir. 3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir. Özü ilə manqal və digər ləvazimatlar gətirənlər isə 3 saata görə 20 manat, bütün gün üçün 40 manat ödəməli olacaqlar. “Qobulənd”in marketinq meneceri Heydər Əliyev fins.az-a bildirib ki, ödənişin səbəbi ərazidə təmizlik xərcləri ilə bağlıdır. Amma ləvazminatları özü ilə gətirib sonda isə istifadə edilən ərazini təmizləyənlərdən ödəniş tələb edilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır