Bakıdan Təbrizə aviareys açıldı - QİYMƏTLƏR
10 İYUN 2016
653

Bakıdan Təbrizə aviareys açıldı - QİYMƏTLƏR

“Azərbaycan Hava Yolları” şirkəti (AZAL) Bakı-Təbriz-Bakı istiqamətində uçuşlara başlayıb. Fins.az-ın məlumatına görə,  iyun ayının 6-dan etibarən  hər həftənin bazar ertəsi günləri və cümə axşamı günləri həyata keçirilir.

Eləcə də bax: Rusiya aeroportunda Azərbaycanlıların əl baqajlarına- QADAĞA

Bakıdan uçuşlar saat 09.00-da, Təbrizdən isə saat 12.20-də həyata keçirilir. Ekonom sinif üzrə  bir tərəfli uçuş qiymətləri 145 manatdır. Gediş dönüş biletlərini isə 270 manata əldə etmək olar. Bu qiymətə təyyarədə səhər yeməyi, 23 kiloqramlıq baqaj və 10 kiloqram əl yükü daxildir.

Eləcə də bax: Bakıdan Urumçiyə yeni reys açılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır