Həftəsonu hara gedək?- TURLARIN SİYAHISI
16 İYUN 2016
1327

Həftəsonu hara gedək?- TURLARIN SİYAHISI

Artıq bu gündən həftəsonu istirahət üçün qərar verməyin zamanıdı. Fins.az bu işdə sizə yardımçı olur. Şəhərin boğucu havasından, “Formula 1” yarışlarının səs-küyündən can qurtarmaq istəyənlər üçün yaxşı fürsətlər təqdim edilir. İstirahət üçün bölgələrə üz tutmaq istəyənlər adambaşı qiymətləri19-20 manata olan hotellər sifariş edə bilərlər. Bir gün ərzində istirahət edib Bakıya qayıtmaq istəyənlər isə turizm şirkətlərinin həftəsonu bölgə turlarına qatıla bilərlər. Bu turaların qiyməti 22-35 manat arasında dəyişir. Onlardan bir neçəsini sizə təqdim edirik.

Oğuz –Xal-xal- Qəbələ turu - 34 manat

“Vector Travel” Turizm agentliyi iyun 19-da Oğuz –Xal-xal- Qəbələ turu təşkil edəcək. Tura qatılanlara Şamaxıda səhər yeməyi, O ğuzda günorta yeməyi, çay süfrəsi, tur boyu fotosessiy a, nəqliyyat təqdim ediləcək. Turistlər Oğuz və Qəbələnin görməli yerlərini, istirahət məkanlarını gəzəcəklər. Bütün xidmətlər sizə cəmi 34 manata başa gələcək. 5 yaşa qədər uşaqlar yer tutmamaq şərti ilə pulsuzdur.

Quba Qəçrəş turu - 30 manat

Agentliyin başqa istiqamətlərə də turları nəzərdə tutulur. Həftəsonunu Qubada keçirmək istəyənlər bu imkandan yararlana bilərlər. “Vector Travel” iyunun 19-da Quba Qəçrəş turu təşkil edəcək. Gəzintilər Qırmızı Qəsəbədən başlayaraq Qırmızı körpü, Niza mi parkı, Quba Memorial So yq ırım kompleksi, Q əçrəş meşəsində təşkil ediləcək. Yolüstü kiçik şəlalədə istirahət də etmək mümkündü. Nəqliyyat, qidalanma ( səhər və axşam yeməyi), foto çəkilişlər, çay süfrəsi daxil bütün xidmətlər 30 manata başa gəlir. Bu turda da 5 yaşına qədər uşaqlar yer tutmamaq şərti ilə pulsuz gedə biləcək.

Şəki-Qəbələ turu – 24-34 manat

“Turizm.az” şirkəti də həftəsonu bir neçə istiqamətə istirahət turıarı təşkil edəcək. Şirkətin daxili turizm meneceri Sahib Ənsarov fins.az-a bildirib ki, turlar 1 və 2 günlük olacaq. Həftəsonu şəhərdən çıxmaq istəyənlər Şəki-Qəbələ, Quba-Qusar, Lahic, eləcə də Şəmkir-Göygöl istiqamət lərinə səyahət edə bilərlər. Şəki-Qəbələ turunda Karvansaray, Şəkidəki əl işləri emalatxanasını, digər istirahət məkanlarını gəzmək, Qəbələdə Tufandağ, Nohurgölə səyahət şansı verilir. Turun qiyməti ancaq səhər yeməyi olmaqla 24 manat (ekomom paket), 2 dəfə qidalanma ilə 34 manat təşkil edir.

Qəbələ və Quba-Qusar turu – 23-33 manat

Ayrıca Qəbələ turu isə Tufandağı, Nohurgölü gəzməklə yanaşı, atıcılıq mərkəzinə səfər də nəzərdə tutulur. Turun qiyməti tək səhər yeməyi daxil olmaqla 23 manat, səhər və günorta yeməyi ilə birgə 33 manatdır. Eyni qiymətə Quba-Qusara da səfər etmək olar. Tur çərçivəsində Qusardakl Ləzə şəlaləsində yürüş, Qəşrəşdə istirahət imkanı verilir.

Kənd evində nahar

S.Ənsarovun sözlərinə görə, turistlər cəmi 22 manat ödəməklə qədim Lahıc kəndini (İsmayıllı) gəzə bilərlər. İştirakçılar qəsəbədə diyarşünaslıq museyini, məscidi, tarixi a bidələri ziyarət edəcək, eyni zamanda alış-veriş mərkəzlərində əl işlərini görə biləcəklər. Turistlər Lahıcda naharı kənd evlərində təzə ərzaqlardan hazırlanan yeməklərlə edəcəklər.

Şəmkir-Göygöl-Maralgöl – 99 manat

“Turizm.az” şirkəti 2 günlük səfərlər də təşkil edir. S.Ənsarov bildirdi ki, bu həftəonu Şəmkir-Göygöl-Maralgöl turu nəzərdə tutulub. Bundan yara rlanacaq turistlər ŞƏ mkirdə 1 gecə 5 ulduz oteldə qalacaq, gündəfə 3 dəfə yemək, gəzinti zonalarına, eləcə də Göygölə, Maralgölə giriş biletləri ilə təmin olunacaqlar. 2 günlük istirahətin qiyməti 99 manatdır.

Dağa dırmanmaq turu – 40 manat

“Trekking.az” şirkəti isə həftəsonu Lahıca ekstrim tur təşkil edəcək. Səyahətdə uzun yürüyüş və dırmanma (trekking) bacarıqlarınızı yoxlaya bilərsiniz. Yürüş Fit dağı və 2000 metr hündürlüyü olan adsız yüksək arasında olacaq. Tur çərçivəsində Mücü və Basqal kəndlərini gəzmək də nəzərdə tutulur. 2 dəfə yemək və 2 dəfə qəlyanaltı da daxil olmaqla turun qiyməti 40 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır