«Pegasus»dan yeni kampaniya – İKİNCİ ADAM YARI QİYMƏTƏ
17 İYUN 2016
2012

«Pegasus»dan yeni kampaniya – İKİNCİ ADAM YARI QİYMƏTƏ

Türkiyənin «Pegasus» hava yolları şirkəti «Atalar Günü» münasibətilə ölkədaxili uçuşlar üçün nəzərdə tutulmuş endirim kampaniyasına başlayıb. Fins.az-ın mədumatına görə, 16-19 iyun 2016-cı il tarixləri arasında bir ölkədaxili uçuş bileti aldıqda, ikinci uçuş 50% endirimlə təklif olunur. Alınan biletlər üzrə uçuşlar 1oktyabr–29 dekabr 2016-cı il tarixləri arasında həyata keçiriləcək. Endirimdən yararlanmaq üçün PNR-də (Sərnişin Ad Qeydi) iki nəfər olmalıdır.
Kampaniyadan yararlanmaq üçün müştərilər ödəmə ekranında kampaniyaların sırasından “Atalar Günü 50% endirim” variantını seçməlidirlər. Bundan sonra ikinci adamın bileti 50% endirimlə hesablanacaq.

Kampaniyanın şərtləri belədir:

1. Kampaniyanın aid olduğu bölgələr: Türkiyədaxili
2. Uçuş tarixi: 01.10.2016-29.12.2016 (Türkiyə yerli saatına görə 23:59-a qədər).
3. Satış tarixi: 16.06.2016-19.06.2016 (29-31 oktyabr 2016-cı il tarixləri kampaniyaya daxil deyil).
4. Endirim: İkinci adama 50% endirim
5. Azyaşlı ərnişinlər endirim kampaniyasına daxil deyil.
6. Bu qiymət yalnız flypgs.com və “Pegasus” mobil tətbiqi vasitəsilə alınan biletlərə tətbiq olunur.
7. Biletin təxirə salınması və geri qaytarılması ilə bağlı dəyişiklik ödəniş sinfinin qaydalarına əsasən tənzimlənir.
8. Kampaniya qiymətlərinə check-in xərcləri daxildir. Uçuşlarda hər bir sərnişin və hər bir uçuş seqmenti üçün 7 türk lirasından başlayan check-in xərci hesablanır. Bu xərcdə ölkələr və uçulacaq bölgələrin əsasında dəyişiklik ola bilər.
9. Kampaniya yalnız birbaşa uçuşlar üçün keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır