Bakıdan Türkiyə və Bolqarıstana avtobus xətti açılır – QİYMƏT
26 İYUN 2016
6313

Bakıdan Türkiyə və Bolqarıstana avtobus xətti açılır – QİYMƏT

Bakıdan Türkiyə və Bolqarıstana avtobus marşrutu açılır. Fins.az-ın məlumatına görə, yeni xəttin açıldığını Dövlət Avtomobil Nəqliyyat Xidməti bildirib. Məlumatda bildirilir ki, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, 1 iyuldan etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində avtobus reysləri həyata keçiriləcək. Bolqarıstana turistlər sadələşdirilmiş viza ilə gedə bilərlər. Biletin qiyməti 130 manat nəzərdə tutulub, gediş vaxtı isə 2 sutkadır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola düşəcək. Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.

Eləcə də bax: Türk otelləri «hər şey daxil» sistemini - LƏĞV EDƏCƏK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır