Həftəsonu hara gedək?- SƏRFƏLİ TURLAR
30 İYUN 2016
527

Həftəsonu hara gedək?- SƏRFƏLİ TURLAR

Artıq bu gündən həftəsonu istirahət üçün qərar verməyin zamanıdı. Fins.az bu işdə sizə yardımçı olur. Şəhərin istisindən, səs-küyündən can qurtarmaq istəyənlər üçün yaxşı fürsətlər təqdim edilir.

Bir gün ərzində istirahət edib Bakıya qayıtmaq istəyənlər turizm şirkətlərinin həftəsonu bölgə turlarına qatıla bilərlər. Bu turların qiyməti 22-35 manat arasında dəyişir. Onlardan bir neçəsini sizə təqdim edirik.

Bölgələrə birgünlük turlar 

“Xan Travel” turizm şirkəti bu həftəsonu bir neçə istiqamətə turlar təşkil edir. Qiymətlər isə 20-23 manat arasında dəyişir. 1 günlük istirahətini Qəbələdə keçirmək istəyənlər 22 manat ödəməklə bu istəklərini reallaşdıra bilərlər. Tura komfortlu avtobus, səhər və nahar yeməyi, tur rəhbəri, çay süfrəsi, turist yığıncağı, peşəkar fotosessiya, ekskursiyalar, voleybol oyunu, yolboyu hədiyyəli viktorinalar və musiqi daxildir. Eyni xidmətlər Lahıc turunda da təqdim edilir. Turun qiyməti 22 manatdır.

“Xan Travel”ın xətti ilə həftəsonunu Qubada keçirmək istəyənlər 20 manat ödəməklə tura qoşula bilərlər. Şəki tutu isə 23 manata başa gəlir. Həftəsonu turları vasitəsilə bir neçə rayonu gəzmək imkanınız da var.

2 günə 3 rayonda gəzinti

“Turda.az” turizm şirkəti bu imkanı sizə verəcək. Şirkətin Qəbələ-Tufandağ turu sizə cəmi 21 manata başa gələcək. Nəqliyyat fotosessiya, səhər yeməyi daxildir.

Qax-Qəbələ-Şəki turu isə iki günlük nəzərdə tutulub. Tur çərçivəsində Qaxda İlisu Ram-rama şəlaləsini, Ulu körpünü, Cümə məscidini, Sumu qalanı, 5 bulağı, Alban məbədini ziyarət edəcəksiz. Axşam isə Şəkidə oteldə yerləşdiriləcəksiz. Növbəti gün isə Şəki Xan sarayı, Karvansaray, qala divarları, muzeyləri gəzəcəksiz. Bütün bu xidmətlər 85 manata təklif edilir. Şirkətin bir günlük Lahıc və Masallı-Yardımlı turları 22 manata başa gələcək.

Piknik turu

Şirkət eyni zamanda piknik turları da təklif edir. Piknik turu digər turlardan fərqli olaraq yoldan aralı tam meşənin içində təşkil olunur. Həftəsonunu İsmayıllı, İvanovka,Topçu meşəsində keçirmək istəsəniz 28 manat ödəməli olacaqsız. Tura nəqliyyat, səhər yeməyi (yağ, bal, qaymaq, pendir, süzmə, yumurta, çay, çörək), nahar yeməyi (toyuq kababı, quzu kababı, pomidor, xiyar, şirə, su, çörək, samovar çayı), əyləncə (Açıq havada diskoteka, mafia, musiqi, volleybol) , professional fotosessiya daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır