Türkiyəyə 150 dollarlıq turlar başladı
01 İYUL 2016
786

Türkiyəyə 150 dollarlıq turlar başladı

Silk Way Travel turizm şirkəti Türkiyənin İstanbul və Antalya şəhərlərinə çox sərfəli turist paketləri təklif edir.

Şirkətdən Fins.az-a daxil olmuş məlumata görə, aksiya çərçivəsində İstanbula 3 gün/2 gecə müddətinə turist paketini aşağıdakı qiymətlərlə əldə etmək mümkündür:

-3-ulduzlu otel: 149 USD*

-4-ulduzlu otel: 199 USD*

-5-ulduzlu otel: 239 USD*

* Qiymət ikinəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanmışdır.

Qiymətə birbaşa gediş-dönüş aviabileti (AZAL aviaşirkəti),hava limanı-otel-hava limanı transferi, oteldə gecələmə və tibbi sığorta daxildir. Oteldə qalma müddəti - iyulun 9-dan 14-dək.

Türkiyənin məşhur kurortu olan Antalya üzrə aksiya çərçivəsində bir nəfərə cəmi 299 USD-ə 5-ulduzlu oteldə 7 gün gecələmə ilə turist paketi əldə etmək mümkündür. Üç müxtəlif otel seçimi təklif olunur. Oteldə qalma müddəti - sentyabrın 6-dan 13-dək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır