Rusiya turistləri Türkiyəyə axmağa - BAŞLAYIB
04 İYUL 2016
377

Rusiya turistləri Türkiyəyə axmağa - BAŞLAYIB

Rusiya ilə münasibət normallaşandan sonra Türkiyə cəmi bir necə gün ərzində rusiyalı turistlər arasında yenidən ən populyar turizm istiqamətinə çevrilib. Fins.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, turpaketlərin satışı qadağası aradan qaldırılandan sonra Türkiyə cəmi 3 gün ərzində rusiyalı turistlərin ən çorx səyahət aldığı ölkəyə çevrilib. Rusiyanın turist şirkətləri bildirir ki, artıq cümə günü ümumi satılan turpaketlər arasında Türkiyənin payı 6,7%, Şənbə günü 38,8%, bazar günü isə 35,6% olub.

Türkiyəyə müstəqil (yəni turizm şirkətindən turpaket almadan ) getmək istəyənlərin sayı da artıb. «Aviasales» səyahət saytında Moskva-Antalya istiqamətinə bilet almaq üçün müraciətlərin sayı 30%, Moskva-İstanbul istiqaməti üçün müraciətlərin sayı isə 25% artıb.

Eyni proseslər digər satış resurslarında - Momondo və Skyscanner-də də baş verir. Paralel olaraq Rusiyanın daxili kurortlarına, xüsusilə də Qara Dəniz sahilindəki Krım və Soçiyə gedən turistlərin sayı kəskin azalıb.

Qeyd edək ki, ötən ilin sonunda, türk hərbçiləri Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra Rusiya hökuməti Türkiyəyə turpaket satışını qadağan etmişdi. İyulun 1-də isə Rusiya prezidenti Putin qadağaların ləğv edilməsi barədə fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır