Yaşamaq üçün dünyanın 15 ən bahalı şəhəri - SİYAHI
04 AVQUST 2016
622

Yaşamaq üçün dünyanın 15 ən bahalı şəhəri - SİYAHI

Yaxın gələcəkdə başqa ölkəyə köçməyi planlaşdırırsınızsa bu məlumat sizə maraqlı olacaq. Fins.az dünyanın daimi yaşamaq üçün 15 ən bahalı şəhərini təqdim edir. 

15. Sidney, Avstraliya

Sidney sizə müxtəlif təklilər təqdim edə biləcək gözəl bir şəhərdir. Lakin eyni yerə pul nöqteyi-nəzərindən baxsaq ora köçməsəniz yaxşıdır. Şəhərdə ən ucuz yemək sizə 10-15 dollara başa gələcək. Sidneydə paltarlar da bahadır. Adi cins şalvarın qiyməti 100 dollara qədər çata bilər. Yaşamaq üçün kirayə evlərə gəldikdə orta aylıq kirayə qiyməti 3000 dollardır. Şəhərin mərkəzi və ya kənarından asılı olmayataq qiymət bir o, qədər də dəyişmir. Nəqliyyat xərcləri də sizin büdcənizə mənfi təsir göstərəcək. 

14. Tokio, Yaponiya

Qəribədir ki, Tokio ən bahal şəhərlər 5-nə daxil deyil, ancaq istənilən halda burada yaşamaq ucuz deyil. Qiymətlər təqribi Sidneylə eyni səviyyəddir. Şəhər mərkəzində lanç sizə 979 yenə (9 dollara) başa gələcək. Bir tərəfdən baxsaq elə də qorxulu deyil. 

13. Sinqapur

Sinqapurda qiymətlər Yaponiyadakı kimi buludlara çatmır, lakin Sinqapur əbəs yerə bu siyahıda deyil. Bir nəfərlik naharın qiyməti 9 dollar, aylıq kirəya haqqı isə 3000 dollardır. Ancaq adi bir geyim növü 84, avtomobil isə 100 min dollar qiyməti gəlib çata bilər. 

12. Oslo, Norveç

Baha qiymətlər ərazisi olan Osloya xoş gəldiniz. Adi lanç 197 kronadır (23 dollar). Ev kirayəsi qiymətləri bir o qədər də çox deyil, lakin kişi salonuna bir gediş sizə 60 dollara başa gələ bilər. Ondansa saçınızı uzadın. Uzun saç Norveçdə çox populyar stildir .

 

11. Bern, İsveçrə

Bern bizim ən bahalı şəhərlər siyahısında olan İsveçrənin ən ucuz şəhəridir. Burada yumruta qutusu 6 dollar, 15 dəqiqəlik həkim müayinəsi isə 107 dollaradır. Cins şalvar isə həkim müayinəsindən cəmi 3 dollar bahadır. Maraqlıdır İsveçrədə qiymətlər nəyə əsasən tənzimlənir?

10. Lozanna,  İsveçrə

Lozannada toyuğun döş ətinin yarım kiloqramı 11 dollaradır. Dəri ayaqqabı və ya paltar almaq sizə 175 dollara başa gələcək. Adi cins şalvar isə təqribən 100 dollaradır. Yaxşı fitnes-kluba üzvlük haqqı da 100 dollar dəyərindədir.

9. Bazel, İsveçrə

İsveçrənin daha bir bahalı şəhəri. Burada 12 ədəlik yumurta qutusu 7, klassik geyim dəsti 200, kokteyl isə 16 dollaradır. Lakin siyahımızdakı digər şəhərlərə nisbətdə Bazeldə kirayə haqqı və nəqliyyat elə də baha deyil 

8. Honkonq

İsveçrədən çıxaq, keçən Asiyaya. Daşınmaz əmlak Honkoqnda çox bahadır. Tam mebeli, evinin kirayəsi aylıq olaraq 5000 dollardır. Təsəvvür edirsiz, təkcə yaşamaq üçün 5 min dollar xərcləmək. 

7.  London, İngiltərə

Bir çox insan Londonda yaşamağa can atır. Axı bu şəhər qədim tarix və mədəniyyət ocağıdır. Amma orada yaşayış qiymətlərini bildikdən sonra ora köçmək həvəsiniz bir qədər azala bilər. Londonda ev kirayəsi qiymətləri orta-yaxşı olsa da bütün digər xərclər sizin büdcənizi məhv edə bilər. 

6. Vaşinqton, ABŞ

ABŞ-ın paytaxtı ucuz yer deyil. Kirayə əl çatan olduğu halda, misal üçün teatra 2 bilet 250 dollara başa gələ bilər. Eyni zamanda ABŞ-ın digər şəhərlərinə nisbətdə Vaşinqtonda ictimai nəqliyyat qiymətləri daha çoxdur. Əgər sizin şəxsi maşınınız yoxdursa yolunuz əvvəlcədən müəyyənləşdirib, piyada getməsiz qənaət etmiş olacaqsınız.

  

5. Nyu-York, ABŞ

Rayonundan asılı olmyaraq Manheyyen ve ya Kvins Nyu-Yorkda kirayə haqqı astronimik qiymətlərdir. Teatrı getməsəniz yaxşıdır, nəqliyyat da bahadır və onun qiyməti hər il durmadan artır. Ümumilikdə Nyu-Yorkda yaşamaq zövqvericidir. Lakin orada yaşamağa pulunuz da çatmalıdır. 

4. San-Fransisko, ABŞ

ABŞ-da yaşayış xərcləri Nyu-Yorkdan da baha olan şəhər var. İnanmırsınız? O, zaman San-Fransiskoya xoş gəldiniz. Bəli burada yaşamaq daima günəş altında olmaq və şənlənməkdir. Amma əgər siz qalın pul qabı sahibisinizsə. Ələxsus kirayə haqqı burada bir çox ailənin büdcəsini məhv edir. Adi bir nəfərlik lançın qiyməti 16 dollardır. Ona görə də bu şəhərdə olsanız pulunuz düzgün xərcləyin.

3. Cenevrə, İsveçrə

Bizim sevimli İsveçrəyə yenə qayıtdıq. İsveçrənin əhali sayına görə 2-ci olan Cenevrə şəhəri dünyanın “ən bahalı şəhərlər” üçlüyünə daxildir. Bunan da öz səbəbləri var. Cenevrə həyat səviyyəsinə görə dünyada 3-cü şəhərdir. Lakin bu səviyyə üçün pul ödəmək lazımdır. Şəhərdə adi lanç 25 dollaradır. Həkim müayinəsindən keçmək də ucuz deyil. Ona görə çalışın Cenevrədə xəstələnməyin. Siz Cenevrədə normal qiymətə ev tapa bilərsiniz, lakin orada yaşamaq tamam ayrı nağıldır. 

2. Böyük Kayman, Kayman adaları

Böyük Kayman şəhər deyil. Bura Kayman adlarının paytaxtı Corctaun şəhərinin yerləşdiyi üç ən böyük adadan biridir. Təəccüblənməyin ki, hansısa uzaq ada ölkəsinin paytaxtı bizim siyahıda 2-ci yerdə qərarlaşıb. Dünyanın 50 ən böyük banklarından 43-ü məhz burada yerləşirlər. Ofşor bankları isə heç saymırıq. Siz burada da normal qiymətə kirayə ev tapa biləcəksiniz, lakin məhsullar və xidmətlərin qiyməti çox yüksəkdir. Restoranda yemək yeməyi isə bir dəfəlik unudun.

1. Sürix, İsveçrə

Yenə də İsveçrə. Məntiqlidir ki, siyahımızın 3/1 hissəsini təşkil edən İsveçrənin daha bir şəhəri bu dəfə birincisi oldu. Nə deyə bilərik. Restoranda lanç 13 dollar,  nahar isə 80 dollara başa gələcək. Teatr və nəqliyyat xərclərinin heç demirik. Qismət olar kinoteatr bileti almağa pulumuz çatar (yolu piyada getmək şərəti ilə).

Mənbə: 1news

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır