10 milyon dollara Aya uçmaq imkanı
10 AVQUST 2016
145

10 milyon dollara Aya uçmaq imkanı

"Moon Express" özəl kosmik şirkəti bəyan edib ki, Aya uçuşların qiyməti 10 milyon dollar təşkil edəcək. Bu haqda Fins.az Fox News-a istinadən xəbər verir.

Moon Express-in idarə heyətinin sədri Nevin Yenin sözlərinə görə, onlar Aya uçuşları gəlirli biznesə çevirmək istəyirlər.

“Con Kennedinin məhşur aforizmi ilə ifadə etsək, biz Aya asan uçuşları asan olduğuna görə yox, yaxşı biznes olduğuna görə təşkil edirik. Əvvələr uçuşlar milliardlarla vəsait tələb edirdisə, indi bu missiyanın qiyməti 10 milyon dollara başa gəlir”.

Bundan savayı, N.Yenin daha bir açıqlaması da diqqəti çəkib. O,  Ayda 16 kvadrillion dollar dəyərində faydalı qazıntıların olduğunu da qeyd edib.

Moon Express, Aya ilk uçuşunu 2017-ci ilə planlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır