"Pegasus"dan yeni kampaniya – TÜRKİYƏDƏN GEDƏNLƏR ÜÇÜN
10 AVQUST 2016
291

"Pegasus"dan yeni kampaniya – TÜRKİYƏDƏN GEDƏNLƏR ÜÇÜN

"Pegasus" Hava Yolları Türkiyədən xaricə uçmaq istəyən sərnişinlər üçün yeni kampaniyaya başlayıb.

Fins.az xəbər verir ki, kampaniyanın şərtlərinə görə, aviabiletini avqustun 8-dən 22-dək alıb uçuşlarını bu il sentyabrın 20-dən 2017-ci il martın 25-i aralığında həyata keçirəcək sərnişinlər həmin bilet üzrə “Pegasus”un daxili reyslərindən istifadə edəcəkləri təqdirdə ödəniş etməyəcəklər. Xaricə istiqamətlənən aviabiletin qiyməti minimum 39,99 dollardan başlayır. Kampaniya xarici ölkələrdən Türkiyəyə ediləcək uçuşlar üçün də keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır