Bakı-İstanbul-Bakı cəmi €198 – KAMPANİYA
15 AVQUST 2016
433

Bakı-İstanbul-Bakı cəmi €198 – KAMPANİYA

“Türk Hava Yolları” (THY) aviaşirkəti yeni kampaniya həyata keçirir.

Fins.az "Report"-a istinadən xəbər verir ki, şirkətin Bakı ofisindən bildirilib ki, kampaniya çərçivəsində THY-da aviabiletlərin qiyməti Bakı-İstanbul-Bakı reysinə 198 avro, Bakı-Ankara-Bakı - 252 avro, Bakı-Antalya-Bakı - 252 avro, Bakı-İzmir-Bakı - 252 avro, Bakı-Dalaman-Bakı - 252 avro, Bakı-Bodrum-Bakı reysinə 252 avro təşkil edəcək.

Kampaniya çərçivəsində biletlərin satış tarixi avqustun 21-dək, səyahət tarixi isə gələn il martın 15-dək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır