Ucuz tur paketlər gəlir – QİYMƏTLƏR
15 AVQUST 2016
1586

Ucuz tur paketlər gəlir – QİYMƏTLƏR

Tuzim mövsümünün sona yaxınlaşması ilə bağlı olaraq turizm şirkətləri artıq senntyabr ayı üçün endirimli qiymətlərini açıqlayıblar. Fins.az-ın sorğusu göstərdi ki, tur paketlərin qiymətlərində 20-30 faiz ucuzlaşma olacaq. 

Artıq Antaliya  və Dubay otellərində payız endirimləri başlayıb. Ondan faydalanmaq üçün öncədən bronlaşdırma etmək lazımdır.

Türkiyədə dincəlmək neçəyə olacaq?

Yerli turizm şirkətlərimizdə indi payız endirimləri,  əsasən, Antaliya , Bodrum və Kuşadası istiqamətindədir.

Antalyanın  5*-lu otellərində qiymətlər 489 dollardan  başlayır. Məsələn, 30 avqust-6 sentyabr tarixləri üçün  Queen's Park Göynük ( Kəmər) hotelində din cəlmək 489 dollara təklif edilir. Qeyd edək ki, iyul-avqust aylarında bu qiymət 689 dollar olub..

Qiymətə 7 gecə 8 gün hoteldə gecələmə, qidalanma (Aİ və UAİ), aviabilet, transfer v ə sığorta  daxildir.  Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün hesablanıb. Bu qiymətlər  tarixindən əsaılı olaraq  dəyişə bilər.

2 sentyabr – 9 sentyabr tarixlərində “Grand Ring” Hoteldə 5* ( Kəmər) istirahət 546 dollara təklif edilir. İyul-avqust aylarında isə bu qiymət 625 dollar olub.

Kəmər və Antalyada yerləşən “Rose Residence Beach” Hotel 5* 30 avqust-6 sentyabrda  turistləri  540 dollara qarşılayacaq.  İyul-avqust aylarında bu qiymət  isə 841 dollar təşkil edib.

31  avqust – 7 sentyabr tarixlərində “Otiumeco C lub Side” 5* -da dincəlmək  559 dollara b aşa gələcək. İyul-avqust aylarında isə burada istirahət qiyməti  654 dollar olub.

VİP hotellər də  qiymətlərində endirimlər edib.

 2 sentyabr – 9 sentyabr “Rixos Beldibi” 5* (Kəmər) – 947 dollar

2 sentyabr - 9 sentyabr “Rixos Sungate” 5* ( Kəmər) – 1 055 dollar
2 sentyabr - 9 sentyabr “Rixos Premium” 5* (Bələk Antalya) – 1 233 dollar
30 avqust -  6 sentyabr  “Maxx Royal Kəmər Resort & Spa” 5* (Kəmər) – 2 647 dollar  
Bu qiymətlərə hoteldə 7gecə / 8 gün gecələmə, qidalanma (Aİ və UAİ), aviabilet, transfer, sığorta daxildir.

Dubay hotelləri də qiyməti aşağı salıb

Ərəb Əmirliyin “DANAT AL KHALEEJ” Turizm şirkətinin satış üzrə təmsilcisi Kristina İyeqorovna fins.az-a bildirib ki, indi payız endirimləri start göturüb. Endirimli oteller sırasına “Madinat Jumeirah Al Qasr”5* hoteli də var. Burada 13 oktyabr - 21 oktyabr tarixlərində dincəlmək 682 dollara təklif edilir. İyul-avqust aylarında isə bu qiymət  958 dollar olub.

Yerli turizm şirkətlərinin verdiyi məlumata əsasən, artmaqda olan dolların kursuna əsasən onlar eb dirim paketlərini müştərilərinə təqdim edə bilmirlər.Yalnız az fərqi olan otelləri təqdim etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır