AZAL-dan bayram – ENDİRİMİ
31 AVQUST 2016
1376

AZAL-dan bayram – ENDİRİMİ

"Azərbaycan Hava Yolları" (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasının başlaması barədə elan edir.                                                                                              

Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 2016-cı il sentyabrın 5-dən 30-a kimi hər iki istiqamətə aviabilet alarkən 20 faiz endirim tətbiq ediləcək: London, Milan, Berlin, Paris, Praqa və Nyu-York. Uçuş dövrü: 15 sentyabr - 10 dekabr, 2016-cı il. Bundan başqa, Bakı-Tel-Əviv-Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20 faiz endirim tətbiq edilir.                                                        

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır