Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, MARŞRUTLAR
29 SENTYABR 2016
553

Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, MARŞRUTLAR

Oktyabr ayının ilk günləri həftə sonlarına təsadüf edir. Odur ki, ayı elə istirahətlə başlamaq olar. Bəs, bu 1 və 2 günlük həftə sonlarında hara və neçəyə getmək olar?! Fins.az həftə sonu təşkil olunacaq turları təqdim edir.

“Xaşni bulağı” və “Qasımqışlaq” kəndi - 1 günlük adambaşına  20 manat

Ekstrim həvəskarları bu bazar 2 oktyabr tarixində Çölçü klubunun təşkil etdiyi tura qoşula bilərlər.Turun qiyməti adambaşına 20 manat  təşkil edir. Klubun təşkil etdiyi səfər bu dəfə Qubanın Qasımqışlaq , Xaşni bulağı istiqamətində olacaq. Tur zamanı  mahnılar oxunacaq,  qədim türk-altay aləti Dombra və Şaman Davulunun müşaiyəti ilə yallı getmək imkanı əldə etmiş olacaqsız. Tura səhər 07:00 -da metronun 20 Yanvar stansiyasının yaxınlığından yola düşməklə başlanılır. Geriyə dönüş isə elə həmin gün axşam saat 22:00-da olur. Tur üçün özünüzlə ayaq üstü yeyə biləcəyiniz yeməklərdən götürməyiniz məsləhət olunur.

 “Qəbələ-Tufandağ-Nöhurgöl” - 1 günlük adambaşına  22 manat

Ekstrim həvəskarları olmayan lakin səyahət sevərlər bazar günü bir günlük Qəbələ-Tufandağ-Nöhurgölə səfər edə bilərlər. Bu zaman adambaşına 22 manat ödəməli olacaqsız. Bu məbləğə səhər yeməyi və nəqliyyat xərci daxildir. Əgər səfər zamanı nahar etmək istəsəz, onda 10 manat da əlavə ödəməli olacaqsız.

“Lahıc” 1 günlük  adambaşına -23 manat

Lahıcda isə  asma körpü, dulusçuluq məhəlləsi, 72 otaqlı ev və diyarşünaslıq muzeyini gəzmək şansı əldə edəcəksiz.

“Qobulənd”

Həftə sonunu hər cəhətdən səmərəli keçirmək istəyənlər isə Bakı ətrafındakı ən yaxşı piknik zonasına üz tuta bilərlər. Bakı-Şamaxı  yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən piknik zonası “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərir. Bura ailəvi və qrup formasında istirahəti sevənlər üçün ən yaxşı variantdır.

Piknikin ərazisində  2 restoran və göl var. Amma istirahət zonasının əsas xüsusiyyəti və başqalarınan fərqi burada  “özü bişirib özü yeyənlər” üçün də şəraitin olmasıdır. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər. Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar.

Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər ləvazimatlar kirayə verilir.  3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir.

Piknik zonasında lazımı ərzaq və ət məhsulları da təklif edilir. Şamaxıdan gətirilən  quş əti və digər ət məhsulları şəhər qiymətləri ilə müqayisədə 1-2 manat ucuz təklif edilir. Bundan əlavə müştərilər göldən balığı özləri də tuta bilər

Bundan əlavə piknik zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş  etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır. Kartinqdən  10 dəqiqəlik istifadə 8 manat, yarım saatlıq qolf maşınları  sürmək isə   10 manata başa gəlir. Piknik zonasında şeytan çarxı və eletrik avtmobilləri də var. Bu əyləncələrdən istifadə isə 1 manatdır. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar.

«Qobulənd» istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrupp şəklində istirahət etməyi sevənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə Bakıdan avtobuslarla gələ bilərlər. 

Qeyd edək ki,bəzi  turizm şirkətləri bu həftə sonu üçün hava şəraitinin qeyri-stabil keçməsindən ehtiyat edərək.Bölgə turlarına olan səfərləri təxirə salıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır