Ölkə daxili və ölkə xarici dini turlar – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
07 OKTYABR 2016
8476

Ölkə daxili və ölkə xarici dini turlar – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Yay mövsümünün başa çatması ilə ölkənin regionlarına turların əksəriyyəti dayansa da, bəzi istiqamətlərə səfərlər həmişə mümkündür. Azərbaycanda istirahət mərkəzlərinə olduğu kimi dini yerlərə də turlar təşkil olunur. Qeyd edək ki, tarixdə ilk səyahətlər də məhz zəvvarların dini yerlərə səfərləri ilə başlayıb. Bu qədimi ənənə bütün dünyada olduğu kimi ölkəmizdə də olub və hazırda da var. Elə bu səbəbdəndi ki, bir çox şirkətlər həm ölkə daxili həm də ölkə xarici turlar təşkil edirlər. Fins.az dini turların xidmətləri və qiymətlərini təqdim edir. 

Bakıda yerləşən pirlərə ziyarət

13 manata paytaxtda yerləşən 7 piri ziyarət etmək olar. Turu“Qranit” travel təşkil edir. Bunlara Bibiheybət, Mirmövsüm Ağa, Pirhəsən, Nardaran piri, Maşdağa 7 qapı, Buzovna Əli ayağı və Bilgəhdə Leyla xanım  piri daxildir. Bu qiymətə komfortlu nəqliyyat, bələdçi, yolda olarkən şirniyyat və su daxildir.

Peyğəmbərliyə və İmamzadəyə turlar

Bölgələrdəki dini yerləri ziyarət etmək istəyənlər isə oktyabrın 9-da “Qranit” travellə yola çıxa bilərlər. Həmin gün başlanan səyahətdə Sabirabaddakı Seyid Rəsul ağa, Beyləqandakı Cərciz peyğəmbər, eləcə də Gəncədəki İmamzadə ziyarətgahlarına turlar təşkil olunacaq. Turun qiyməti adambaşına 30 manatdır. 5-12 yaş uşaqlara biletin qiyməti 27 manat təşkil edir. 5 yaşdan aşağı yaşlı uşaqlar isə pulsuzdur. Bu qiymətə komfortlu avtobus, səhər yeməyi, tur rəhbəri və çay süfrəsi aiddir.

Ölkə xaricindəki dini turlar isə müsəlmanların müqəddəs yerləri sayılan İrandakı Məşhəd və İraqdakı Kərbala şəhərlərinə gedə bilərlər.  

Məşhəd ziyarəti

Məşhədə ziyarətlər tez-tez təşkil edilir. Onlardan ən yaxında olanı AVA tour şirkətinin təşkilatçılığı ilə oktyabrın 8-də başlanacaq. Məşhədə avtobusla gediş-gəliş 150 manat təşkil edir. Bu məbləğə  3 gecə oteldə gecələmək  və səhər yeməyi daxildir. Məşhədə təyyarə ilə getmək istəyənlər 550 manat ödəməli olacaqlar. Bu məbləğə 3 gün Məşhəddə 3 ulduzlu  “Sadiqiyyə” otelində gecələmək və gündə 3 dəfə yemək  daxildir. 

Kərbəla ziyarəti

Kərbəlaya avtobusla səfər  adambaşına 350 dollar təşkil edir.  Bu turu da AVA tour şirkəti təşkil edir. Bu qiymətə gediş-gəliş, 6 gecə oteldə qalmaq və gündə 3 dəfə qidalanma daxildir. Təyyarə ilə səfər etmək istəyənlər 900 dollar ödəməli olacaqlar. Bu məbləğə gediş-gəliş 3 ulduzlu oteldə gecələmək və gündə 3 dəfə yemək daxildir.

7 şəhərdə dini yerləri ziyarəti

Müqəddəs yerlərə təşkil olunacaq turlardan biri isə  15 oktyabrda başlayacaq.Səfər”Qranit” travel  tərəfindən İranın müxtəlif şəhərlərində yerləşən müqəddəs yerlərə təşkil olunur. Turun müddəti bir həftədir. Məşhədlə yanaşı 6 müxtəlif şəhərdə yerləşən ziyarətgahlara səfər adambaşına 119 dollar təşkil edir. 5 yaşa qədər uşaqlar pulsuzdur.

Göstərilən qiymətə 3 gecə 4 gün 4 ulduzlu oteldə qalmaq səhər yeməyi,nəqliyyat və bələdçi daxildir.

Tur ərzində 40-a yaxın müqəddəs ziyarətlərə gediləcək.  Ziyarət olunacaq şəhərlər: Məşhəd, Qum, Cəmkəran, Tehran, Təbriz, Nisapur, Qədəmgah, Rey, Xorasan, Şah Abdulazimdir. 

1) Qum şəhərində Xanım Məsuməni ziyarət (İmam Rzanın bacısı)

2) Cəmkəran məscidi (İmam Zaman ağanın məscidi)

3) İmamzadə Şah Əbdül Əzim məscidi.

4) Seyid Abdulla Hüseyin ibn Əli məscidi.)

5) Nişapur şəhərində (Qədəmgah ziyarəti) möcüzəli bulaq suyu. (İmam Rzanın ayaq izləri)

6) Meshed seherinde 8 ci Imam olan Imam Rza məscidi.

Toplanış 15 Oktyabr saat 23:00-da  İnşaatçılar metro stansiyasının qarşısında olacaq. Son qeydiyyat tarixi 12 Oktyabr saat 17:00-dəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır