Bakı-Dubay-Bakı reysində AZAL-ın yeni aksiyası
14 OKTYABR 2016
983

Bakı-Dubay-Bakı reysində AZAL-ın yeni aksiyası

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakıdan Dubaya və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya elan edir. Fins.az-ın məlumatına görə, 1 dekabr 2016-cı ilədək Bakı-Dubay-Bakı reyslərinə aviabiletlərin dəyəri cəmi 188 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir. 

Aviabiletlərin dəyərinə, həmçinin baqajın havayı daşınması (23 kq-dək), isti və soyuq qidaların bütün çeşidləri daxildir.

Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya aviareysləri gündə iki dəfə komfortlu laynerlərdə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır