Flydubai Bakıdan uçuşları ucuzlaşdırdı – YENİ KAMPANİYA
17 OKTYABR 2016
1268

Flydubai Bakıdan uçuşları ucuzlaşdırdı – YENİ KAMPANİYA

«Flydubai» aviaşirkəti Bakıdan uçuşları ucuzlaşdırıb. Şirkətin yerli nümayəndəliyindən fins.az-a verilən məlumata görə, bu gündən yeni endirim kampaniyasına başlanılıb. Kampaniya çərçivəsində oktyabr ayının 17-si noyabrın 25-i aralığında Dubaya uçmaq istəyənlərə biletlər 21 % ucuz təklif ediləcək. Belə ki, sentyabr ayında gediş dönüş bileti 211 dollara təklif edilirdi. Hazırda eyni bileti 174 dollara əldə etmək olar. Bu qiymətə 7 kiloqram əl yükü və 20 kiloqramlıq baqaj daxildir.
Qeyd edək ki, endirim  biletləri oktyabr ayının 31-nə kimi alan müştərilərə şamil ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır