Həftəsonu hara gedək – İSTİQAMƏTLƏR,QİYMƏT
27 OKTYABR

Həftəsonu hara gedək – İSTİQAMƏTLƏR,QİYMƏT

İş həftəsinin səbirsizliklə gözlədiyimiz sonuna yaxınlaşırıq, istirahət vaxtı gəlir. Fins.az ənənəvi olaraq öz oxucularına həftəsonunu maraqlı keçirmək üçün  variantları – turlar və maraqlı tədbirləri təklif edir.

Bu həftəni Bakıda Hellouin həftəsi saya bilərik. Qərb dünyasının məşhur dəhşət bayramı bu il Bakıda xüsusi təmtəraqla və geniş qeyd ediləcək. Restoran və klublarda «Hellouin»a aid çoxsaylı müxtəlif tədbirlər nəzərdə tutulub. Amma əvvəlcədən qeyd edək ki, bu tədbirlərin bəzilərində sadəcə Hellouin adından istifadə edilir, faktiki olaraq tədbirdə bayramla əlaqədar xüsusi bir element, səhnələr, dekorasiyalar və oyunlar nəzərdə tutulmayıb. Bəzi tədbirlər adi konsertdir, sadəcə təşkilatçılar bu bayramın adından istifadə edərək özlərinə tamaşaçı toplamağa çalışırlar.  Beləliklə… 

Eləcə də bax: Hellouin bayramı necə yaranıb və necə keçirilir?

“1st Big Halloween Festival” – 20 manat

28, 29, 30 oktyabrda Bulvardakı Venesiya şəhərciyində  “1st Big Halloween Festival” adlı festival keçiriləcək. Gurultulu adına baxmayaraq festivalda bayramla bağlı xüsusi təbir və ya iştirakçılar üçün tələblər (məsələn Hellouin kostyumlarında gəlmək) nəzərdə tutulmayıb. 3 gün davam edəcək festivalın ilk günündə festivalda ifaçı Rauf, 29 oktyabrda  - festivalın ikinci günü isə reper Okaber çıxış edəcək. 30 oktyabrda festivalın sön günü, ifaçı Qurd öz pərəstişkarlarını sevindirəcək. Tədbirdə həmçinin Dj China, Dj Panda, Dj Fiesto, Dj Pasha, Dj Fanur, Dj Re3ul, Dj Shadow və Dj Kamal öz məharətlərini göstərəcəklər. O ki qaldı, Hellouin Bayramına, təşkilatçılar qorxu gecəsinə qatılmaq üçün xüsusi geyimlərdə gəlməyiniz məsləhət görürlər. Həmçinin Hellouinlə bağlı tədbir keçirilən yerdə qrim ustalarına 3 manat ödəməklə  qorxulu nağılların qəhrəmanlarına çevrilmək olar. Festival zamanı təşkilatçılar tərəfindən adambaşına iki ədəd pulsuz energetik içki təklif olunacaq. Tədbir hər gün saat 15-dən gecə 3-ə kimi davam edəcək. İştirak haqqı 20 manatdır.

Buddha Bar Baku – Halloween – 50 manat

Bakının ən bahalı barlarından biri - JW Marriott Absheron Baku Hotelin 3-cü mərtəbəsində yerləşən Buddha Bar-da Hellouin həftəsindən kənarda qalmayıb. Oktyabrn 28 və 29-da burada keçiriləcək bayrama qatılmaq üçün xüsusi geyim və ya qrim vacib deyil. Cümə günü barın qonağı rusiyalı DJ Prevateer olacaq. Şənbə günü isə gimnastların və rəqqasların ifasında maraqlı şouya baxa bilərsiz. Qeyd edək ki, barda əsasən Asiya mətbəxinə məxsus yeməklər təqdim olunur. Bura baş çəkməmişdən öncə yer rezerv edilməsi məsləhət görülür, əks təqdirdə boş yer tapmaya bilərsiz. Yer rezerv etmək üçün isə öncədən adambaşına 50 manat ödənməlidir. Bu qiymətə içkilər və isti yeməklər daxildir. Barda müştərilərə qalyan da təklif olunur, amma bu 50 manata daxil deyil. Qəlyan sifariş etmək üçün 35 manat ödəməlisiz. 

Halloween "Fright Night"/Scary Squad! – 30-50-100 manat

KKM Events 29 oktyabr saat 21:00 da  Bayraq meydanında yerləşən  “ELEKTRA Events Hall” da Hellouin  bayramı təşkil edir.  Tədbirdə müxtəlif şou proqramlar və musiqili nömrələr təqdim olunacaqdır. Qorxu bayramında qorxu nağıllarının qəhrəmanları geyimində olmanız daha məqsədə uyğundur. Həmçinin bayrama qatılanları bir çox əyləncəli oyunlar gözləyir. Tədbirdə iştirak etmək istəyənlər 3 müxtəlif qiymətə olan biletləri əldə edə bilərlər. Qeyd edək ki, 30 manatdan başlayan biletlərin satışı 28 oktyabra qədər satışda olacaq. 50 manat ödəməklə ikinci sırada masası olan yerlərdə, 100 manat ödəməklə isə “VİP” yerlərdə 1 ci sırada divan və kreslolarda əyləşə bilərsiz. Göstərilən məbləğə yemək daxil deyil.

“Halloween Night Baku” – 15 manat

29 oktyabrda Torqovıda (Nizami küçəsi, 24) yerləşən “Capitol Baku” da  qorxu bayramı təşkil olunacaq. Tədbirə giriş 15 manatdır. Gecədə Dj lər Twist, Tim, Feeler, Fanur, Wedhook, iştirak edəcəklər. Tədbir saat 18-də başlayacaq. Həmçinin qorxulu nağılların personajları da tədbirə qatılacaqlar. Tədbirdə iştirak etmək üçün Hellouin bayramına uyğun geyinməyiniz və ya qrim olunmağınız arzu olunandır. 

Hard Rock Cafe Baku - giriş pulsuzdur

Fəvvarələr bağının yaxınlığında Əziz Əliyev küçəsi 8 ünvanında yerləşən Hard Rock Cafe Bakuda Hellouin bayramına ev sahibliyi edən ünvanlardan biridir. Tədbir 30 oktyabrda baş tutacaq. Giriş pulsuzdur. Tədbir zamanı Hellouina məxsus musiqilər səsləndiriləcək. Həmçinin tədbir zamanı müxtəlif yarışlar keçiriləcək. Ən yaxşı Hellouin kostyumu olanlara hədiyyələr veriləcək. 

"Thriller Night" -  giriş pulsuzdur

Azadlıq prospekti 1 ünvanında Park İnn otelinin yaxınlığında yerləşən  “Eleven Restauran & Lounge” da şənbə günü Hellouin bayramı keçiriləcək. Tədbirin adı Maykl Ceksonun  dünyaca məşhur klipi "Thriller Night" dan götürülüb. Saat 21 də başlayan tədbirdə Nara White & Dervish Band və  Dj Twist-in çıxışları olacaq. Həmçinin müxtəlif maraqlı yarışlar keçiriləcək. Ən yaxşı kostyum və ən yaxşı qrimi olanlara restoran tərəfindən hədiyyələr veriləcəkdir.

“26 Lounge & Dining” – 30 manat - konsert

Neftçilər prospektində yerləşən “26 Lounge & Dining klub” da 29 oktyabr saat 23 – də  Rusiyalı ifaçı “Natan”ın çıxışı olacaq. Reper məşhur mahnılarını ifa  edəcək. 30 manata “welcome drink” daxildir. Bilməyənlər üçün bildirək ki, “welcome drink” tədbir iştirakçıları hamının gözü qarşısında kokteil hazırlanmasıdır.

22 oktyabrdan etibarən ölkəmizdə Caz festivalı keçirilir. Festival bu həftə sonu bitəcək. Odur ki həftə boyu festivalda iştirak edə bilməyələr üçün bu həftə sonu caz sevərlər üçün əla şansdır.

Rotunda Jazz Club – 10-50 manat    

Rəşid Behbudov 41 ünvanında yerləşən Rotunda Jazz Club da  Takumi's trick with asian friends qrupunun saat  18:00 da konserti baş tutacaq. Həmin gün saat 20 də isə Litvadan olan “Dainius Pulauskas Group”nun çıxışı olacaq. 22:00 da Routunda Jazz Clubda növbəti günün 3 cü konserti Polşalı ifaçılar Grzech Piotrowski  və Sebastian Wypch-nın ifaları olacaq.

Bazar günü isə Muğam mərkəzində saat 20-də Kolumbiyadan olan cazmenlər çıxış edəcəklər. 21 də Rotunda Jazz Clubda Gürcüstandan olan ifaçı Maia çıxış edəcək. Saat 22-də isə Braziliyalı vokalçı Denise Fontoura və Dj Seegweed çıxış edəcəklər.

Həftə sonu mühitini dəyişmək istəyənlər üçün  isə “Mac Travel” Qəbələyə bir günlük tur təşkil edir.

“Qəbələ - Tufandağ”  - 35 manat

“Mac Travel” bazar günü “Qəbələ -Tufandağ2a tur tşkil edir.  Turun qiyməti 35 manatdır . Bu qiymətə səhər yeməyi, fotosessiya, bələdçi, nəqliyyat daxildir. Tura Nizami metrosunun qarşısından səhər saat 8 də başlanılır və həmin gün axşam 23 qədər geri qayıdılır.

Bəlkə də bu xəbəri təsadüfən oxuyacaqsız.  Amma özünüzə faydalı məlumatı əldə etmiş olacaqsız. Praqaya səfər edənlər bu xəbəri diqqətlə oxusun.

Praqaya tur – 75 dollar

Çex Respublikasına yola düşənlər üçün yaxşı xəbərimiz var. “Mac travel” Praqaya səfər edənlər üçün cəmi 75 dollara tur təşkil edir. Tur 1 günlükdür. Əgər siz ilk dəfədir Praqaya gedirsizsə onda bu sizin üçün yaxşı fürsət ola bilər. 

Qiymətə daxildir:

Avtobus qayıq və piyada gəzintisi

Praqa qalasına və qədim şəhərə giriş biletləri

Vltava çayı üzərində zövq verici qayıq gəzintisi(kruiz)

Nahar,çexiya pivəsi və şirələr

3 yaşa qədər olan uşaqlar pulsuzdur. Tura 72 saat qalmış turu ləğv edə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır