Məşhəd-Kərbəla turları – QİYMƏTLƏR
20 İYUN
1181

Məşhəd-Kərbəla turları – QİYMƏTLƏR

Artıq Ramazan ayı başa çatmaq üzrədir. Bu isə o deməkdir ki, möminlər bu müqəddəs ayı başa vurduqdan sonra dini ayinləri, savab əməlləri yerinə yetirmək üçün məşhur Məşhəd və Kərbəla ziyarətlərinə də səfər edə bilərlər. Bəs bu ziyarətlər neçəyədir?
Qeyd edək ki, adları çəkilən dini ziyarətgahlara həm avtobus, həm də təyyarə ilə səfər etmək olar. Amma bu müdəqqəs ziyarətgahlara tur təşkil edən turizm şirkəti çox azdır. Turizm.fins.az Məşhəd və Kərbəla turlarını təqdim edir.
Məşhəd və Kərbəlaya tur təşkil edən turizm şirkətlərindən biri də “”Salam Tour”dur. Şirkətdən bildirilib ki, Məşhəd və Kərbala turu 12 gün davam edir. Tur zamanı Kərbəla, Bağdad və Nəcəf, Kufə və Səhra məscidi ziyarət edilir. Həmçinin İraqda Samirra və Kazimeyn  ziyarət edilir. Turun qiymətlərinə gəlincə, Məşhəd və Kərbalaya avtobusla ziyarət 300 dollara başa gəlir. Bu qiymətə nəqliyyat, Kərbala və Nəcəfdə hoteldə qonaqlama, həmçinin Kərbala və Nəcəf hotellərində qidalanma daxildir. Məbləğə Qum-Məşhəddə mehmanxanada gecələmə də daxil olsa da, yemək üçün əlavə ödəniş tələb edilir. Qeyd edək ki, Məşhəd və Qumda zəvvarlar bir gün qalırlar.
Təyyarə ilə isə Nəcəf və Kərbalaya ziyarət etmək mümkündür. Bu turun qiyməti isə 800 dollardır. Qiymətə 1 həftə müddətində İraqda 5 ulduzlu hotellərdə qonaqlama və gündə 3 dəfə qidalanma daxildir. Səfər zamanı zəvvarlar 3 gün Nəcəfdə, 4 gün isə Kərbala şəhərində olurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır