Daxili turlar niyə zəifləyib? – SƏBƏBLƏR
20 İYUN
1145

Daxili turlar niyə zəifləyib? – SƏBƏBLƏR

Son zamanlar ölkə daxilində təşkil olunan turlarda  azalma müşahidə edilir. Şəhər sakinləri hələki evlərindən çıxmağa tələsmirlər. Bəs buna səbəb nədir?

Bu suala cavab tapmaq üçün  Turizm.fins.az ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin daxili səfərlər üzrə meneceri Valeh Cəfərova müraciət edib.  Onun sözlərinə görə, Ramazan ayında insanların oruc tutması vətəndaşları ölkə daxili səfərlərdən yayındırıb. Bundan başqa havaların yağıntılı keçməsi demək olar ki, səyahətə üstünlük verənlərin sayını yarıbayarı azaldıb.

V. Cəfərovun sözlərinə görə, əgər adi günlərdə həftədə ən azından 40-45 nəfərlik avtobus səyahətə yollanırdısa indi həftədə cəmi 20-25 nəfərlik balaca avtobuslarla turlar təşkil olunur. Lakin V.Cəfərov vəziyyətin elə də qorxulu olmadığını söylədi. O Ramazan ayı bitdikdən sonra və havaların isinməsindən sonra yenidən tur iştirakçılarının sayının artacağını bildirdi. Bölgələrdə ən çox səfər edilən yerlərin isə Qəbələ-Şəki olduğunu bildirdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır