Antalyada istirahət neçəyədir? – QİYMƏTLƏR
15 İYUL
3698

Antalyada istirahət neçəyədir? – QİYMƏTLƏR

Hər il olduğu kimi bu il də yay mövsümündə azərbaycanlıların ən çox üz tutduğu istiqamətlərdən biri Antalyadır.

Qeyd edək ki, Antalya nəinki azərbaycanlı turistlərin, həmçinin rusiya və digər MDB ölkə vətəndaşlarının sevimli yerlərindən biridir. Ölkə əhalisinin Antalyaya böyük marağını nəzarə alan Turizm.fins.az bu istiqamətdə turpaketlərin qiymətlərini təqdim edir.

Ölkəmizdə fəaliyyət göstərən əksər turizm şirkətləri Antalyaya tur təşkil edir. Qiymətlər isə demək olar ki, eynidir. Antalyada hotellər müştərilərinə  all inclusive xidmətini təqdim edirlər.

Belə ki, Avqustun 1-7-ə nəzərdə tutulan Antalya turlarının qiymətləri isə şirkətlərdə belədir:

Turda.Az - 758 dollar

Yes travel – 747 dollar

Turizm.Az – 784 dollar

Master travel – 774 dollar

ZD travel – 748 dollar

GO travel -  787 dollar

Qeyd edək ki, turun qiymətinə gediş-dönüş aviabiletləri, sığorta, transfer, 2 nəfərin  6 gecə 7 gün 3 ulduzlu  hoteldə qonaqlaması və gün ərzində 3 dəfə qidalanması daxildir. Məlumat üçün bildirək ki, turpaketin qiymətini 10-15 dollar aşağı da əldə etmək olar. Amma bu zaman aviabilet gecəyə alınır. Yəni turist Antalyaya gecə saatlarında çatmalı olacaq.

Həmçinin, yuxarıda göstərilən qiymətlər minimal göstəricidir. Turistin seçimindən asılı olaraq daha dəbdəbəli hotellər seçmək olar ki, bu zaman qiymət bir qədər bahalaşacaq. Misal üçün, Antalyada 4 ulduzlu hoteldə 6 gecə 7 gün qonaqlamaq 800-850 dollardır. 5 ulduzlu hoteldə isə bu məbləğ bir qədər də çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır