Yesentuki turu – QİYMƏTLƏR
07 İYUL
2583

Yesentuki turu – QİYMƏTLƏR

“Kavminvod” Kurortlar agentliyi Yesentukidə istirahət etmək istəyənlər üçün tur təşkil edir. Səfər avtobusla həyata keçiriləcək.

Turizm.fins.az xəbər verir ki, Bakıdan çıxan avtobus 10 saatdan sonra Yesentukiyə çatır. Bakı-Yesentuki-Bakı turlarına 6 iyuldan star verilib və turlar hər həftə təşkil olunacaq.

Turun qiyməti 260 dollardır. Bu qiymətə nəqliyyat, 7 gecə 8 gün 3 ulduzlu San-Otel mehmanxanasında qonaqlama və səhər yeməyi daxildir. Həmçinin, tur iştirakçılarına yolda müxtəlif şirniyyatlar və sərinləşdrici içkilər təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır