Quba kamp turu – QİYMƏTLƏR
07 İYUL
1707

Quba kamp turu – QİYMƏTLƏR

Onset Travel Qubaya kamp turu təşkil edir. Səfər 22-23 iyulda Qubanın Qəçreş meşəsinə təşkil ediləcək. Tur iki günlükdür. Kamp turunun qiyməti isə 50 manatdır. Qiymətə transfer, düşərgəyə giriş və yerləşmə, limitsiz samovar çayı, fotoçəkiliş və bələdçi daxildir. Bundan başqa pulsuz olaraq 4 dəfə yemək veriləcək. Bura 2 səhər, 1 nahar və 1 şam yeməyi daxildir.

Tur zamanı əlavə ödəniş də etmək lazım olacaq. Belə ki, gecələmək üçün çadır və yuxu kisəsi üçün 1 nəfər üçün 10 manat iki nəfərlik çadır üçün isə 12 manat ödəmək lazım olacaq. 

Düşərgə təhlükəsizlik əməkdaşları tərəfindən 24 saat qorunur.Dağ və meşə peşəkar bələdçilərin nəzarəti altında həyata keçiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır