Gədəbəy turu – QİYMƏTLƏR
11 İYUL
2995

Gədəbəy turu – QİYMƏTLƏR

Bakutem travel” turizm şirkəti fərqli istiqamətdə iki günlük tur təşkil edir. Səfər Gədəbəy rayonuna olacaq.

Turizm.fins.az xəbər verir ki, tur iyulda iki dəfə - ayın 22-də və 29-da təşkil olunacaq. Gədəbəyə səyahət axşam 23:00-da yola çıxmaqla başlanılacaq. Turun qiyməti 100 manatdır. Qiymətə 2 gün hoteldə qonaqlama, tur müddətində hər gün 3 dəfə qidalanma və ekskursiyalar daxildir.

Ekskursiyalar Haça qaya ziyarətgahına, Şır-şır şəlaləsinə, Turş su bulağına, Koroğlu Qalasına, Siemens qardaşları körpüsünə təşkil olunacaq.

Sonuncu axşam yeməyi isə Narzan istirahət mərkəzində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır