Bodrumda istirahət neçəyədir? – QİYMƏTLƏR
13 İYUL
2461

Bodrumda istirahət neçəyədir? – QİYMƏTLƏR

Yayın istisindən qaçan insanlar daha çox dəniz kənarında dincəlməyə üstünlük verirlər. Xəzərlə kifayətlənməyənlər isə xaricə üz tuturlar.

Turizm.fins.az xaricdə istirahət edənlərin daha çox Türkiyəyə üstünlük verdiyini nəzərə alaraq Bodrumda istirahət qiymətlərini təqdim edir.

Turda.Az – 705 dollar

Baku Travel and Tourism – 800 dollar

Fly.az – 730 dollar

İnturist Travel – 559 dollar

Rayda Travel - 555 dollar

Məlumat üçün bildirək ki, turlar avqustun sonlarına nəzərdə tutulub. Qiymətlər 1 nəfər üçün hesablanıb.

Qeyd edək ki, turun qiymətinə gediş-dönüş aviabiletləri, sığorta, transfer, 6 gecə 7 gün 3 ulduzlu hoteldə qonaqlama və gün ərzində 3 dəfə qidalanma daxildir. Həmçinin, yuxarıda göstərilən qiymətlər minimal göstəricidir. Turistin seçimindən asılı olaraq daha dəbdəbəli hotellər seçmək olar ki, bu zaman qiymət bir qədər bahalaşacaq. Misal üçün, Bodrumda 4 ulduzlu hoteldə 6 gecə 7 gün qonaqlamaq 535 dollardır. 5 ulduzlu hoteldə isə bu məbləğ bir qədər də artır - 710 dollardan başlayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır