Ənənəvi turizm istiqamətlərindən ən sərfəlisi –“ŞARM-ƏL-ŞEYX”
14 İYUL
1169

Ənənəvi turizm istiqamətlərindən ən sərfəlisi –“ŞARM-ƏL-ŞEYX”

Şarm Əl Şeyx, yəqin ki bu ad çoxlarına tanışdır. Bəli Misirin məşhur istirahət mərkəzi nəinki dünya turistlərinin, həmçinin azərbaycanlı turistləri arasında da çox məşhurdur. Məlumat üçün bildirək ki, Avropadan ən çox Alman turistlər bu istirahət mərkəzlərinə üz tuturlar. Bəs görəsən azərbaycanlı turistlər istirahət üçün bu məkanı seçsələr nə qədər pul xərcləməli olacaqlar. Bu sualın cavabını oxucuları üçün Turizm.fins.az aydınlaşdırmağa çalışıb.

Turizm.fins.az yerli turizm şirkətlərindən əldə etdiyi məlumatlara görə adı çəkilən istirahət mərkəzində istirahət qiymətləri belədir.

The Rock Hotel 3 ulduzlu - 385 dollar

Luna Sharm 3 ulduzlu - 420 dollar

Falcon Hills 3 ulduzlu - 425 dollar

Falcon Naama Star 4 ulduzlu - 445 dollar

Panorama Naama Heights 4 ulduzlu - 425 dollar

Aurora Cyrene Resort 4 ulduzlu - 425 dollar

Coral Hills Resort 4 ulduzlu - 460 dollar

Melton Beach Resort 5 ulduzlu - 470 dollar

Aurora Oriental Resort 5 ulduzlu - 479 dollar

Amwaj Oyoun Resort & Spa 5 ulduzlu - 480 dollar

Qeyd edək ki, yuxarıda göstərilən qiymətlər avqustun sonlarına iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb. Məlumat üçün onu da bildirək ki, tur Tiflis hava limanından təşkil oilunur. Tur sifariş edən şəxs Tiflisi öz hesabına gələrək tura qoşula bilər. Yuxarıda göstərilən qiymətə isə Tiflis-Şərm -Əl -Şeyx-Tiflis avaibileti, dəniz kənarı oteldə 7 gecə 8 gün qonaqlama, qidalanma all inclusive, transfer və sığorta daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır