Həftəsonu turları – İSTİQAMƏTLƏR
17 AVQUST
690

Həftəsonu turları – İSTİQAMƏTLƏR

Artıq həftəsonu yaxınlaşır bu isə o deməkdri ki, kimlər üçün isə bir gün kimlər üçün isə iki günlük istirahət günü yaxınlaşır. Bəs bu günləri harada necə və daha sərfəli keçirmək olar. Mütəxəssislər stressdən azad olmağın yolunu əsasən mühüti dəyişməkdə görürlər. Çoxları fikirləşəcək ki iki gün ərzində necə mühüti dəyişə bilər!? Odur ki, Turizm.fins.az həftəsonunu maraqlı və fərqli mühitdə keçirməyin yollarını təqdim edir.

Bu həftəsonu bölgələrə tur təşkil edən Online travelin səyahət turlarından faydalanmaq olar. Bir günlük turlar isə bunlardır.

Quba turu - 20 manat

Qəbələ turu - 21 manat

Lahıc Turu - 22 manat

Quba - Qusar Laza turu - 23 manat

Şəki Turu - 23 manat

Qiymətə nəqliyyat səhər yeməyi çay süfrəsi fotosessiya və bələdçi xisməti daxildir. Turda 5 yaşa qədər uşaqların iştirakı pulsuzdur. Həmçinin 11 nəfərlik qrupla qatılanlardan 11-ci şəxs turda pulsuz iştirak etmək şansı qazanacaq. Turla maraqlananlar 012 409 44 20; 051 409 44 20 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bundan başqa Way travel də bölgələrə bir günlük turlar təşkil edir. Turların istiqaməti və qiyməti isə belədir.

Quba turu - 20 manat

Qəbələ Turu - 23 manat

İsmayıllı - Lahıc turu - 23 manat

Quba - Qusar Laza turu - 25 manat

Şəki - Qəbələ turu - 25 manat

Masalli -Yardimli turu – 25 manat

Qiymətə nəqliyyat səhər yeməyi çay süfrəsi fotosessiya və bələdçi xisməti daxildir. Turda 5 yaşa qədər uşaqların iştirakı pulsuzdur. Turla maraqlananlar 012 511 10 19; 055 888 11 18 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, turlar zamanı müvafiq istiqamətə uyğun olaraq aşağıdakı istiqamətlərə ekskurisyalara olacaq.

Hər iki turizm şirkəti turları zamanı ekskursiyalar da təşkil edir. Ekskursiyalar isə bu yerlərə olacaq. Belə ki Şəki-Qəbələyə üz tutanlar burada Nohurgöl, Şəki xan sarayı, Karvansaray, Sənətkar emalatxanaları, Halvaçı dükanını görmək şansı əldə edəcəklər. Lahıca səfər edənlər isə Asma körpü, Şəlalə, Hacı Paşa evi, Lahıc qəsəbəsi ilə tanış olmaq imkanı əldə etmiş olacaqlar. Masallı - Yardımlıya səfər edənlər isə burada Təkdam şəlaləsi və İstisunu görə biləcəklər. Qubada isə öz gözəlliyi ilə seçilən Qəçreş meşəsi Qırmızı qəsəbə və Çənlibel gölünə ekskursiya edə biləcəklər.

Bundan başqa turizm şirkətləri bölgələrə iki günlük turlar da təşkil edir. Belə ki Online travel Mingəçevir-Göygölə iki günlük tur təşkil edir. Turun qiyməti 89 manatdır. Bu qiymətə nəqliyyat oteldə qonaqlqma səhər yeməyi gəmi gəzintisi Göygöl və Maralgölə ekskursiya daxildir. Turla maraqlananlar 012 409 44 20; 051 409 44 20 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır