Həftəsonu baş tutacaq ən ucuz turlar və ən maraqlı tədbirlər harada keçiriləcək? -QİYMƏTLƏR
24 AVQUST
730

Həftəsonu baş tutacaq ən ucuz turlar və ən maraqlı tədbirlər harada keçiriləcək? -QİYMƏTLƏR

Həftəsonu yaxınlaşır bu isə o deməkdir ki, kimlər üçün bir, kimlər üçün isə iki günlük istirahət günləri olacaq. Bəs bu günləri harada daha yaxşı və fərqli keçirmək olar. Turizm.fins.az oxucularının bu suala cavab tapması üçün həftəsonu baş tutacaq turları və maraqlı tədbirləri təqdim edir.

Bu həftəsonu Online travel bir neçə bölgəyə bir və iki günlük turlar təşkil edir. Bir günlük turlar aşağıdakı istiqamətlərə olacaq.

Şəki – 23 manat

Quba-Qusar 23 manat

Lahıc – 22 manat

Qəbələ - 21 manat

Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, bələdçi xidməti və limitsiz fotosessiya daxildir. Turla maraqlananlar 012 409 44 20; 051 409 44 20 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Həmçinin Way travel turzm şirkəti də ölkə daxili bir günlük turlar təşkil edir. Bir günlük turlar isə bunlardır.

Qəbələ - 23 manat

Şəki – Oğuz – Qəbələ - 25 manat

Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, bələdçi xidməti və limitsiz fotosessiya daxildir. Səfərlə maraqlananlar 012 511 10 19; 055 888 11 18 telefon nömrələri əlaqə saxlaya bilərlər.

Qəbələ

KomandoTour turizm şirkəti də həftəsonu Qəbələyə bir günlük tur təşkil edəcək. Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, limitsiz fotosessiya, Tufandağ kompleksinə giriş, Qəbələnd əyləncə mərkəzinə giriş, Nohur gölə ekskursiya və Duyma oteldə nahar daxildir. Turun qiyməti 32 manatdır. Turla maraqlananalar 055 629 75 79 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

URBAN FESTİVAL”

Bundan başqa həftəsonu Qubada Avqustun 27 -i saat 13:00-da “Şahdağ” Turizm Mərkəzi və Red Bull-un təşkilatçılığı ilə “URBAN FESTİVAL” adlı tədbir keçiriləcək.

festivalda skeytbordçular, dağ velosipçiləri komandası, qraffiti rəssamları, bitbokserlər və kreativ rəqqaslar iştirak edəcək. Skeytbordçular, dağ velosipedçiləri və sonda rəqqaslar arasında “All For One” adlı rəqs yarışması keçiriləcək. Birinci yerin sahiblərinə “Red Bull” və “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyələr veriləcək.

Yuxarda qeyd olunan yarışlara canlı baxmaq və həftə sonunu Şahdağda keçirtmək etmək arzusunda olanlar tədbirə qatıla bilərlər. Avtobuslar festivala qatılmaq istəyənləri “Gənclik” metrostansiyasının çıxışında saat 09:00-da gözləyəcək. Bakı – Şahdağ – Bakı marşurutu üzrə transport xidməti: 10 manatdır. Yaş məhdudiyyəti yoxdur.

İki günlük turlar

Həftəsonu Online travel Mingəçevir Göygöl və Maralgölə iki günlük tur təşkil edir. Tura nəqliyyat, iki gün Mingəçevirdə oteldə qonaqlama, tur müddətində 4 dəfə qidalanma, Mingəçevirdə gəmi gəzintisi və Göygöl, Maralgölə ekskursiyalar daxildir. Turun qiyməti 119 manatdır. Turla maraqlananlar 012 409 44 20; 051 409 44 20 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Həmçinin Way traveldə həftəsonu iki günlük tur təşkil edir. Bu dəfə ki, səfər isə Qax-Zaqatala-Balakən və Gürcüstana olacaq. Səfərin müddəti 2 gecə 3 gündür. Tura nəqliyyat, 1 gecə Zaqatalada oteldə qonaqlama və 1 gecə Gürcüstanda İlya gölü ətrafında yerləşən oteldə qonaqlama və səhər yeməkləri daxildir. Turun qiyməti 129 manatdır. Turla maraqlananlar 012 511 10 19; 055 888 11 18 telefon nömrələri əlaqə saxlaya bilərlər.

Əgər uzaq səfərə çıxmaq istəmirsizsə o zaman həftəsonunu Park Cinema kinoteatrlarında Azərbaycanda premyeraları baş tutacaq filmlərə tamaşa etməklə keçirə bilərsiz. Belə ki, Park Cinema kinoteatrları şəbəkəsində 12:00-dan 17:59 dək nümayiş olunan 2D formatlı filmlərə bilet 5 manat. Həmin vaxtlarda nümayiş olunan 3D formatlı filmlərə tamaşa isə 6 manatdır. Axşam seanslarında 6-dan sonra 2D formatlı filmlərə bilet 6 manat,3D formatlı filmlərə bilet isə 8 manatdır. Bundan başqa 25 manat ödəməklə VIP zallarda da filmə tamaşa etmək olar. Bu cür zallar 4 sıradan ibarət olur.

Eləcədə bax

http://turizm.fins.az/afisha/927160/bu-hefte-premyeralari-bas-tutacaq-filmler-azarbaycanda.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır