Qurban bayramında ölkə daxili və ölkə xarici tur təşkil edən şirkətlər – QİYMƏTLƏR
31 AVQUST
1430

Qurban bayramında ölkə daxili və ölkə xarici tur təşkil edən şirkətlər – QİYMƏTLƏR

Qarşıdan Qurban bayramı yaxınlaşır. Bu isə o deməkdir ki, bir neçə günlük iş günü olmayacaq. Daha dəqiq desək qarşıdan gələn həftənin 5-ci, 6-cı, 7-ci günü və növbəti həftənin 1-ci günü qeyri iş günləri olacaq. Bununlada yayın son günlərində maksimum istirahət etmək olar. Bəs bu günləri harada daha ucuz və sərfəli və fərqli mühitdə necə keçirmək olar? Bu suala cavab tapmaq üçün Turizm.fins.az ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin turları ilə maraqlanıb. Turizm.fins.az bayram günlərində baş tutacaq 1 və 2 günlük həmçinin ölkə xaricində olacaq turları təqdim edir.

 Online Travel

Online travel turizm şirkəti həftənin şənbə və bazar günü Quba, Qəbələ, Qusar -Ləzə, Şəki, Oğuz – Qəbələ turlarını təqdim edir. Turlar zamanı ekskursiyalar da təşkil olunacaq.

Quba 20 manat (Qəçreş , Çənlibel , Quba məzarlığı)

Qebele 21 manat ( Nohur göl, Qəbələnd, Tufandağ)

Qusar leze 23 manat ( Qəçreş , Çənlibel , Ləzə şəlaləsi)

Şəki 23 manat ( Xan sarayı , Karvansaray , Əliəhmədin sirniyat evi Qəbələ nohurgöl)

Oğuz – Qəbələ  23 manat ( Oğuz Xalxal Qəbələ Nohurgöl)

Bir günlük turlarla yanaşı Online travel bölgələrə iki günlük turlar da təşkil edir. Bunlar Sakit Göl, Qubada Holiday Villages və Qala Altıya olan turlardı. Bu bölgələrə təşkil olunacaq turların qiymətinə gəlincə isə məbləğlər belədir.

Şamaxıda yerləşən Sakit Göl istirahət mərkəzində 2 nəfərlik deluxe otaqda 1-2 sentyabrda istirahət 180 manat təşkil edəcək. Bu qiymətə səhər yeməyi də daxildir.

Bayram günlərində Qubanı seçənlər üçün burada yerləşən Holiday Villages otelinin xidmətləri təklif olunur. Belə ki, 1-4 sentyabrda təşkil olunacaq istirahət paketinə oteldə qonaqlamaqla yanaşı pul ödəmədən konsertdə iştirak da təklif olunur. Göstərilən tarixlərdə oteldə qonaqlamaq 220 mantdır. Bu qiymətə konsertdə iştirakla yanaşı səhər yeməyi də daxildir. Oteldə təşkil olunacaq konsertdə isə Damla, Oksana və Elçin Məhərrəmov kimi məşhur simalar ifalarını səsləndirəcək.

Qala Altını seçənlər isə superior otaq üçün 1059 manat döməli olacaqlar. Bu qiymətə 2-4 sentyabrda oteldə qonaqlamaq və gün ərzində 3 dəfə qidalanma daxildir. Online Travelin təşkil etdiyi turlarla maraqlananlar 012 409 44 20 və 051 409 44 20 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Way Travel

Way Travel turim şirkəti  Qurban Bayramında Kappadokiya səyahət turu təklif edir. Səfərin tarixləri 1-4 sentyabrı əhatə edir. Türkiyə Kappadokiyasında istirahət qiymətləri belədir.

Lalezar Cave Hotel - 195 avro (397 manat)

Sato Cave Hotel Cappadocia - 195 avro (397 manat)

Altın Oz Hotel - 260 avro (529 manat)

Cappadocia Cave Suites - 299 avro (608 manat)

Koza Cave Hotel - 299 avro (608 manat)

Göstərilən qiymətlərə 3 gecə 4 gün oteldə qonaqlama daxildir. Lakin aviabilet və transfer qiymətə daxil deyil. Transferə 1nəfər üçün 30 avro ödəmək lazım olacaq. Qeyd edək ki, qiymət iki nəfərlik otaqda 1 nəfər üçün hesablanıb. Turla maraqlananlar 012 511 10 19 ; 055 888 11 18 ; 050 585 68 66 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

KomandoTour

KomandoTour turixm şirkəti də bayram günlərin də ölkə vətəndaşları üçün maraqlı turlar təşkil edən yerli turizm şirkətlərindəndir. Adı çəkilən şirkət həm bir həm də bir neçə günlük turlar təşkil edir.

1 sentyabr - Oguz-Qəbələ turu- 24 manat

2 sentyabr - Quba turu- 21 manat

2 sentyabr - Lahıc turu- 22 manat

2 sentyabr - Qəbələ turu- 22 manat

3 sentyabr - Qəbələ turu - 32 manat (naharla)

3 sentyabr - Oguz-Qəbələ turu- 24 manat

3 sentyabr - Qusar-Laza- 24 manat

4 sentyabr - Quba turu- 21 manat

5 sentyabr - Qəbələ turu- 22 manat

2 və daha cox günlük turlar

1-2-3 sentyabr- Qax-Zaqatala-Balaken-Siqnaxi-Iliya gölu turu təşkil olunacaq. Turun qiyməti  129 manatdır. Bu qiymətə nəqliyyat, səhər yeməyi, çay süfrəsi daxildir. Bundan başqa bələdçi xidməti və pulsuz limitsiz sayda fotosessiya təklif olunur.

Həmçinin sentyabrın 2 və 3-ü Lənkəran – Lerik – Masallı – Yardımlıya tur təşkil olunacaq. Turun qiyməti 65 manatdır. Turla maraqlananlar 055 629 75 79 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Səfa travel

Səfa travel turizm şirkəti 1-3 sentyabrda Qax –Zaqatal -  Balakənə 3 günlük tur təşkil edəcək. Turun qiyməti 125 manatdır. Bu qiymətə nəqliyyat, Qax Olympic Complex-də qonaqlamaq, 6 dəfə (3 səhər, 1 nahar, 2 şam yeməyi) qidalanma, diskoteka, canlı musiqi, fotosessiya, bələdçi xidməti və ekskursiyalar daxildir.  Ekskursiyalara  Balakən şəhərinə gəzinti , kanat xəttindən istifadə, Zaqatala şəhər gəzintisi, Ulu körpü və Sumu Qala ekskursiyası daxildir. Turla maraqlananlar  (055) 848 50 74 nömrələri ilə əlaqə saxlaya bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır