Yeni İlə turu indidən al puluna qənaət et – QİYMƏTLƏR
20 SENTYABR
884

Yeni İlə turu indidən al puluna qənaət et – QİYMƏTLƏR

Yeni İlə bir neçə ay qalsada artıq indidən turizm şirkətləri müxtəlif istiqamətlərə tur paketlər təklif edirlər. Məlumat üçün qeyd edək ki, Yeni İlə aid tur paketlər digər turlar kimi öncədən alınanda daha ucuz başa gəlir. Odur ki, Turizm.fins.az Yeni İldə səyahətə çıxmaq istəyənlər üçün indidən təklif olunan turları tədqim edir.

Way Travelin Yeni İldə təşkil etdiyi turlardan biri də Finlandiyada Levi və Laplandiyadır. Tur 28.12.2017-04.01.2018 tarixlərində həyata keçiriləcək. Finlandiya turundan yararlanmaq istəyənlər üçün otellərə uyğun olaraq aşağıdakı qiymətlərə istirahət paketləri təqdim olunur.

Otellər və qiymətlər

Hullu Poro 4* 2950 dollar

Levi Panorama 4*-3100 dollar

Sokos 4*-3343 dollar

Göstərilən qiymətlərə aviabilet (gediş -dönüş), 7 gecə 8 gün oteldə qonaqlama, qidalanma BB (səhər yeməyi), sığorta, transfer daxildir. Məlumat üçün bildirək ki, göstərilən qiymət iki nəfər üçün hesablanıb.

İstanbul

Way Travelin Yeni İldə səfər təşkil etdiyi istiqamətlərdən biri də İstanbuladır. Tur 30.12.2017-04.01.2018 tarixlərində həyata keçiriləcək. Aşağıdakı otelləri seçməklə turun qiymətini də müəyyən etmək olar.

Otellər və qiymətlər

ASMALI HOTEL ISTANBUL 295 dollar

Hotel Goldengate 298 dollar

DIVAN ISTANBUL CITY 4* 315 dollar

CARLTON 4* 326  dollar

Ramada Encore Istanbul Airport 4* 353 dollar

RAdisson Blu Hotel & Spa Istanbul Tuzla 5* 336 dollar

Radisson Blu Istanbul Atakoy 5* 390 dollar

Yuxarıda göstərilən qiymətə aviabilet (gediş-dönüş), 5 gecə 6 gün oteldə qonaqlama, qidalanma BB(səhər yeməyi), sığorta, transfer daxildir.

Məlumat üçün bildirək ki, qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb.

Sankt Peterburq

Yeni ildə Way Travelin tur təşkil etdiyi istiqamətlərdən biri Rusiyanın Sankt Peterburq şəhəridir. Səfər 30.12.2017-04.01.2018 həyata keçiriləcək. Turun qiyməti isə otel seçimindən asılı olaraq dəyişəcək.

Otellər və qiymət

Nevsky Hotel Art Hall 3* 410 dollar

DOSTOEVSKY HOTEL 4* 420 dollar

Redisson Otel Sonya Peterburq 4* 487 dollar

Domina Prestige St Petersburg 5* 560 dollar

Рэдиссон Роял Отель Петербург 5* 683 dollar

SOLO Sokos Hotel Palace Bridge 5* 602 dollar

Göstərilən qiymətlərə aviabilet (gediş-dönüş) 5 gecə 6 gün oteldə qonaqlama qidalanma BB (səhər yeməyi) sığorta transfer daxildir.

Göstərilən qiymətlər iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb.

Dubay

Yeni ildə səfər edəbiləcəyiniz istiqamətlərdən biri də BƏƏ -nin Dubay şəhəridir. Way travel turizm şirkəti 30.12.2017-03.01.2018 tarixlərində Dubaya 4 gecə 5 günlük səyahət paketi təqdim edir.

Otellər və qiymətlər

MIDDLE EAST HOTEL 2* -571 dollar

FORTUNE HOTEL DEIRA 3*- 584 dollar

AL JAWHARA GARDENS HOTEL 4* -616 dollar

AVENUE HOTEL 4*-628 dollar

AL KHOORY ATRIUM HOTEL 4*-638 dollar

Yuxarıda sadalanan qiymətlərə aviabilet (gediş-dönüş) 4 gecə 5 gün oteldə qonaqlama qidalanma səhər yeməyi BB sığorta transfer daxildir.

Göstərilən qiymətlərə viza rüsumu daxil deyil. Qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb.

Moskva 

Turlardan biri də Moskva şəhərinə təşkil olunacaq. Səfər 30.12.2017-03.01.2018 tarixlərində həyata keçiriləcək. Moskva turunun qiyməti 292 dollardan başlayır.

Otellər və qiymətlər

Vega izmailova hotel 4*-344 dollar

Artrus 3*-292 dollar

Skypoint hotel 3*-315 dollar

COSMOS INTURIST 4*-314 dollar

KATERINA CITY 4*-337 dollar

Göstərilən qiymətlərə aviabilet (Buta hava yollarıyla gediş dönüş) 4 gecə 5 gün oteldə qonaqlama qidalanma BB səhər yeməyi və sığorta daxildir. Qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub.

Yeni İllə bağlı sadalanan bu turlarla maraqlananlar 0125111019; 0558881118; 0505856866 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır