Dubaya ən ucuz tur - QİYMƏTLƏR – XİDMƏTLƏR
26 SENTYABR
1174

Dubaya ən ucuz tur - QİYMƏTLƏR – XİDMƏTLƏR

Artıq havaların sərinləşməsi BƏƏ-nin Dubay şəhərinə səfərləri aktuallaşdırır. Dubay nəinki əcnəbi turistlər, həmçinin azərbaycanlı turistlərində sevdikləri yerlərdən biridir. Bəs Dubaya neçəyə və necə səfər etmək olar? GO Travel turizm şirkətindən Turizm.fins.az-a verilən məlumata görə oktyabr-da Dubaya 2 nəfərin 3 gecə 4 günlük səfəri  ən minimal qiymətlərlə 550 dollara başa gələcək. 1 nəfərin oktyabrda səfəri isə 342 dollar təşkil edəcək. Bu qiymətə Dubayda 3 ulduzlu Golden Square Hotel Apartments -də 3 gecə 4 gün qonaqlama, birbaşa aviareys, (gediş-gəliş) transfer, sığorta və səhər yeməyi daxildir.

Golden Square Hotel Apartments Dubay Mall-a Dubay muzeyinə yaxın məsafədə yerləşir. Məlumat üçün bildirək ki, əlavə cüzi ödənişlər etməklə başqa xidmətlərdən də yararlanmaq olar.

Belə ki, əlavə 45 dollar ödəməklə Dubay şəhərinin gəzintisinə də çıxmaq olar. Gəzinti zamanı Dubay Mall-a, Palma adasına, Bürc Xəlifəyə, Emirates Mall-a, Emirates Tower-ə avtobusla səfərlər təşkil olunur.

Bundan başqa əlavə 90 dollar ödəməklə Safari turuna da çıxmaq olar. Safari gəzintisi 6 saat təşkil edir. Bu tura off-road avtomobillər və dəvə ilə gazinti, kvadrosıkılla gəzinti, fotosesiya, qidalanma, ərəb milli rəqslərinə tamaşa, fire şouya tamaşa, xına ilə tatu (istəkdən asılı olaraq ) və ərəb geyimləri ilə fotosesiya daxildir. Turla maraqlananlar 012 564 60 30 ; 070 664 60 30 ; 050 664 60 30 ; 055 664 60 30 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. http://gotravel.az/ 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır