Ov turlarına start verilib
20 OKTYABR
386

Ov turlarına start verilib

Dream Travel Agency turizm şirkəti ov həvəskarları üçün quş ovu turu təşkil edir. Turizm.fins.az xəbər verir ki, tura 4 noyabrda axşam başlanılacaq 5 noyabrda axşam başa çatacaq. Turun qiyməti 150 manatdır. Bu qiymətə aşağıdakılar daxildir:

Ov lisenziya

Komfortlu avtobus (Mercedes Vito və ya Mercedes Sprinter)

Səhər yeməyi (yağ,bal,pendir,qaymaq,yumurta,çay,çörək)

Ov ərazisinə giriş

Gəmi

Katerlə xanalara yerləşmə

Nahar (kabab, salat, sok, su, çörək, samovar çayı)

Tur rəhbər

Ov  Varvara adlanan məkanda baş tutacaq. Məlumat üçün bildirək ki, bu tura yalnız ovçuluq bileti (ETSN və ya XDMX) , öz adına sənədli silahı olan ovçular qatıla bilər. Həmçinin ov ərazisinə daxil olmamış silah daşınma qaydalarına riayət olunmalıdır.(silah səfər vəziyyətdə çantada). Həvəskar balıqçılarda tura qatilıb Gəmidən Balıq ovu edə bilər. Ov zamanı spirtli içki qadağandır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır