Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR – QİYMƏTLƏR
17 NOYABR
841

Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR – QİYMƏTLƏR

Artıq həftə başa çatmaq üzrədir. Kimlər üçün iki günlük kimlər üçün isə bir günlük istirahət günü olacaq. Bəs bu günü daha səmərəli və maraqlı harada qeyd etmək olar? Turizm.fins.az bu suala cavab axtaranlara kömək etməyə çalışacaq.

Havaların bir qədər yağışlı keçməsi bir çox turizm şirkətlərini həftəsonu turlar keçirmək fikrindən daşındırıb. Lakin az sayda olsa da Bakıdan bölgələrə bir günlük tur təşkil edən turizm şirkətləri var. Belə şirkətlərdən biri də Sefa travel turizm şirkətidir.

Şəki-Qəbələ turu

Sefa travel turizm şirkəti həftənin bazar günü Şəki-Qəbələyə bir günlük tur təşkil edəcək. Tura 06:00-da N.Nərimanov metrosunun qarşısında toplaşmaqla başlanılacaq. Turun qiyməti adambaşına 23 manatdır. Bu qiymətə gediş-gəliş, səhər yeməyi, çay süfrəsi, yol boyu əyləncəli oyunlar, limitsiz fotossesiya və bələdçi xidməti daxildir. Bundan başqa tura qoşulanlar Şəkidə Xan sarayını, halvaçı dükanlarını, Qəbələdə isə Tufandağ qış kompleksini,  Nohurgölü və digər maraqlı yerləri görmək şansı əldə edəcəklər.

Həftəsonunu uzaq məsafələr getmək istəməyənlər isə paytaxt restoranlarının təqdim etdiyi sərfəli fürsətlərdən yararlana bilərlər.

CHILL POINT

Nizami küçəsi 54A-da yerləşən CHİLL POİNT həftənin cümə və şənbə günü üçün müştərilərinə fərqli şou proqram hazırlayıb. Proqramda  DJ REEF və SexyChamDay trio iştirak edəcəklər. Giriş pulsuzdur.

Black Lounge

18 noyabrda 20:00-da Black Lounge-də DJ Waiszo və Mick Rafiyev-in ifalarını dinləmək mümkündür. Black Loung-də yerləri əvvəlcədən rezerv etmək məsləhət görülür. Burada müştərilərə qiyməti 100-250 manat arasında olan kabinetlər təklif olunur. 100 manata olan kabinetlər 4 nəfər üçün nəzərdə tutulub. Bura menyudan seçdiyiniz istənilən içki və yemək daxildir. Həmçinin kabinetdə istirahət edənlər üçün vaxt limiti yoxdur. 200-250 manata olan kabinetlər isə 8-10 nəfərlikdir. Black Lounge Abdulla Şaiq 241 ünvanında yerləşir.

JW Marriott Absheron Baku

Şənbə günü JW Marriott Absheron Baku otelində Razzmatazz Cocktail Bar & Lounge restoranında Let's Roll gecəsi keçiriləcək. Gecədə Dj Stacy-nin çıxışları və 80-90-cı illərin ifaları səsləndiriləcək. Tədbirdə iştirak etmək üçün adambaşına 25 manat depozit qoymaq lazım olacaq.

Decanter Pub & Restaurant

19 noyabrda Decanter Pub & Restaurant-da Salsa Fusion Party-si keçiriləcək. Tədbir Latın Amerika rəqslərini sevənlər üçün təşkil olunur. Tədbirdə nəinki peşəkar rəqqaslar həmçinin həvəskarlar da iştirak edə bilər. Giriş pulsuzdur. Adı çəkilən məkan Bəşir Səfəroğlu 170 2nvanında yerləşir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır