Bu beş ulduzlu oteldə xaş verilir – QİYMƏTLƏR
20 NOYABR
3027

Bu beş ulduzlu oteldə xaş verilir – QİYMƏTLƏR

Bakıdan cəmi 160 kilometr aralıda,Quba şəhərində  yerləşən 5 ulduzlu Rixos Quba otelində müştərilərlə yanaşı oteldə qonaqlamayanlar üçün də xidmətlər təklif olunur. Turzim.fins.az xəbər verir ki, bunlardan biri də xaş verilməsidir. Belə ki, əsl rayon yerində, təmiz təbiətdə bəslənmiş heyvanın ətindən xaş yemək istəyirsizsə o zaman Rixos Quba düzgün ünvandır. Təmiz dağ havasında xaş yemək istəyənlər buranı seçə bilərlər.

Belə ki, otelin Mazaik adlı restoranında qonaqlara xaş verilir. 1-ci pors xaş 12 manatdır. Bura xaş, quru çörəklər, turşular və müxtəlif şirələr daxildir. İkinci porsu sifariş edənlərə isə xaş iki dəfə ucuz 6 manata verilir.

Məlumat üçün bildirək ki, həftəsonu iki nəfərin oteldə qonaqlaması 125 manatdır. Bu qiymətə iki nəfərlik otaq, səhər yeməyi, spa xidmətlərdən istifadə daxildir. Maraqlananlar 012 404 34 34 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır