Budapeştdə nəyi görə bilərəm və neçəyə səfər edə bilərəm? – QİYMƏTLƏR
22 NOYABR
631

Budapeştdə nəyi görə bilərəm və neçəyə səfər edə bilərəm? – QİYMƏTLƏR

Macarıstan paytaxtı Budapeşt qədim şəhər olduğundan burada olan tikililər də olduqca qədimdir. Şəhərdə yerləşən parlament binası 1884-1902-ci illərdə inşa edilib. Uzunluğu 268m, hündürlüyü isə 96m-dir. İçərisində 691 salonu və hərgünü işarələyən böyük - kiçik 365 qülləsi olub. Budapeştin simvolu halına gəlib. Gözəl bir memarlıq quruluşu olan Parlament binası, Avropanın ən gözəl və möhtəşəm binalarından biridir. Bildiyiniz kimi, Budapeşt iki hissədən, Buda və Peştadan ibarətdir. Buda tərəfinə keçib Tuna çayının sahilin də Parlament Binasının bənzərsiz mənzərəsini seyr edə bilərsiniz. Şəkil çəkməyi sevənlər üçün mükəmməl bir fürsətdir. Giriş haqqı isə 10 avrodur.

Chain Bridge (Zəncirkörpüsü)

Budapeştdə öz gözəlliyi ilə seçilən yerlərdən biri də Chain Bridge – Zəncirkörpüsüdür. Ümumilikdə Budapeştdə 9 körpü var. İlk və ən məşhur olan Zəncir Körpüsüdür. Aslan körpüsü də adlanır. Keçmişdə körpüdən insanların asılması körpüyə bu adın verilməsinə səbəb olub. Körpü haqqında maraqlı bir hadisə də var. Körpünün memarı İngilis William Clark körpünün inşasını tamamladıqdan sonra "Bu körpü qüsursuz tamamlandı deyir və əgər bir qüsur tapsanız intihar edərəm" deyir. Macar bir uşaq aslanların dilinin olmadığını fərqinə varır. Bundan sonra Clark intihar edir.

Chain Bridgenin axşam işıqlandırılması zamanı xüsusi gözəlliyi olur.

Buda Qalası

Şəhərin qalası olan bu yer, kral sarayıdır. Peşta tərəfindən ehtişamlı duruşu ilə sizi özünə çəkən qalaya nərdivanlar ilə yada tarixi füniküler ilə çıxa bilərsiz. Buradan şəhər mənzərəsinin bənzərsiz fotoşəkillərini çəkmək mümkündür.

Heroes Meydanı

Böyük səfirliklərin və konsulluqların olduğu Heroes Sqare kimi tanınan yer Andrassy prospektinin sonunda yerləşir. Geniş bir sahəyə sahib olan bu yerdə macarların döyüş qəhrəmanlarının heykəlləri var. Ortadakı yüksək kolonun uzərində St. Stephan-ın heykəli var. Bura şəhərin müxtəlif fəaliyyətlərinin aparıldığı yerdir.

 

St. Stephen’s Basilica

 

Stefan Bazilikası Budapeştdə ən böyük kilsələrdən biridir və şəhərin ən gözəl strukturlarından biridir. Macarıstanın 9.5 tonluq ən böyük kilsə zəngi da Bazilikanın cənub qülləsində yerləşir. Əvvəllər katedral olan kilsə, Papanın əmri ilə bazilika statusuna keçib.

Yəhudi Monument Ayaqqabısı

Parlament binasının dərhal qarşısında Tuna çayına baxan bu ayaqqabılar, gerçək ölçülərdə dəmir qəliblərlə düzəldilib. Anlamı isə kədərli və bir o qədər maraqlıdır. İkinci Dünya Müharibəsində Nazi Amanias tərəfindən öldürülən minlərlə gənc yəhudinin ayaqqabısıdır ... Macarıstanda yəhudilərin ölüm düşərgələrinə göndərilməsi çətin idi. Bu səbəblə edamlar Yəhudilərin olduğu yer olan Budapeştdə reallaşdırılmağa başlandı. Minlərlə Yəhudi 1944-cü ilin sonu və 1945-ci ilin əvvəllərində dondurucu soyuğun yaşandığı qış gecələrində ayaqqabıları çıxardılaraq Tuna Çayına qarşı güllələniblər.

 

Ölkəmizə bir çox turizm şirkətləri var ki Budapeştə tur təşkil edirlər. Bunlardan biri də Bakutem Travel turizm şirkətidir. Şirkət 27.11.2017-03.12.2017 tarixlərində Budapeşt və Praqaya 6 gecə 7 günlük tur təşkil edir. Turun tarixini dəyişdirmək də olar. Turun qiyməti 282 avrodur. Bu qiymətə aviabilet 6 gecə 7 gün oteldə qonaqlama marşrut üzrə nəqliyyat səhər yeməyi səyahət sığortası viza dəstəyi daxildir. Turla maraqlananlar 051 300 52 50; 055 979 52 50 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır