AZAL Şarm-əş-Şeyxə uçuşlar təşkil edəcəkmi?
23 NOYABR
232

AZAL Şarm-əş-Şeyxə uçuşlar təşkil edəcəkmi?

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hazırda Misirin Şarm-əş-Şeyx şəhərinə reyslərin icrasına başlamaq imkanına baxmır. Turizm.fins.az Trend-az-a istinadən xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib. Aviaşirkətdən Misir tərəfinin bu imkana baxdığını istisna etməyiblər: "Hazırda bunun üçün zəruri hüquqi baza var".

Qeyd edək ki, ötən ilin iyununda Misirin "Air Cairo" şirkəti Bakı - Şarm-əş-Şeyx birbaşa reysini açıb. Lakin sonra aviaşirkət bu reysi müvəqqəti dayandırıb. Buna səbəb kimi sərnişin azlığı göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır