Qış turizmi – Bu istirahət mərkəzi Qəbələ və Qubadan əvvəl işə başladı – QİYMƏTLƏR
23 NOYABR
1446

Qış turizmi – Bu istirahət mərkəzi Qəbələ və Qubadan əvvəl işə başladı – QİYMƏTLƏR

Ölkəmizdə turizmin inkişafı günü-gündən artmaqdadır. Bunu ölkəmizdə yaranmaqda olan və hazırda fəaliyyət göstərən turizm məkanlarından da aydın görmək olur. Belə ki, bir zamanlar Azərbaycanda mövsümü xarakter daşıyan turizm artıq mövsümlüyü çoxdan geridə qoyub. İndi ölkəmizdə yay turizmi ilə yanaşı qış turizmi də sürətlə inkişaf edir. Hazırda ölkəmizdə qış turizmi olan Quba, Qəbələ və Qax-İlusu ilə yanaşı Zaqatala qış turizmi də inkişaf edir. Belə ki, adı çəkilən bölgəyə qış turizmi ilə bağlı turlar da təşkil edilir. Belə turlardan biri də Zaqatala turizm informasiya mərkəzinin təşkilatçılığı və Zaqatala otel, İs-otel tərəfindən turlar təşkil olunur. Turun qiyməti 150 manatdır. Turun müddəti 3 gün 2 gecədir. Turun ilk günü 09:05 tur iştirakçıları Zaqatala dəmir yol vağzalında qarşılanacaqlar. Səfər iştirakçıları tur zamanı çay süfrəsi, Zaqatala çayı, akasiya balı ilə, akasiya mürəbbəsi, Zaqatala bamiyəsindən dada biləcəklər. Bundan başqa şəhər daxili gəzinti zamanı iştirakçılar Zaqatala qalası, Alban kilsəsi, Zaqatala H. Əliyev parkı ilə yaxından tanış ola biləcəklər. Nahar fasiləsində isə səfər iştirakçıları təndirdə quzu kababı, qozlu aş, çiçəkli motal pendirindən dada bilərlər. Nahar fasiləsindən sonra tur iştirakçıları Dədə qorqud meydanı, Tarix Diyarşünaslıq muzeyi ilə yaxından tanış ola biləcəklər. Turun ikinci günü iştirakçılar Şamil dağının ətəyində yerləşən Car, Axaxdərə və Taxtalar kəndlərinə gəzinti olacaq.  Həmçinin burada qonaqlara samovar çayı, Zaqatala çayı, balı, gül və qoz mürəbbəsi veriləcək. Bundan başqa nahar fasiləsi zamanı bu bölgənin məşhur sürhüllü yeməyi veriləcək. Nahardan sonra isə turistlər təbiət qoruq muzeyinə səfər edə biləcəklər. Həmçinin at və xizəklə dağ və ya dağ ətrafına gəzinti təşkil olunacaq. Turun 3-cü günü isə Pəri qalası ətrafında atla və xizəklə gəzinti təşkil ediləcək. Daha sonra isə nahar və çay fasiləsi zamanı qonaqlara məşhur buğa düzən xəngəli və Zaqatala çayı dəsti veriləcək.  Axşam 19:00-da isə qonaqlar Zaqatala dəmir yolu vağzalı ilə yola salınacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır