Şəmkirdə Yeni İl kampaniyası – QİYMƏTLƏR
24 NOYABR
511

Şəmkirdə Yeni İl kampaniyası – QİYMƏTLƏR

Azərbaycanda bir çox turizm məkanları artıq Yeni İl bayramına hazırlıq işləri görüb. Bir çoxları Yeni İllə bağlı endirimli kampaniyalarını təqdim edir. Səyahəti sevən yerli turistlərimiz arasında bəziləri bu bayramı xarici ölkədə qeyd etməyi planlaşdırsa da bəziləri yerli turizm məkanlarını seçir. Ölkəmizdə  fəaliyyət gösətərən Online Travel-dən Turizm.fins.az-a verilən məlumata görə,  Yeni İli ölkə daxilində keçirtmək istəyənlər üçün Onlıne travel  5 ulduzlu Şəmkir Excelsior Hotel-də Yeni İl turpaketlərini təqdim edir. Turun müddəti 31 dekabr 3 yanvar tarixlərini əhatə edir. Turun bir nəfər üçün qiyməti 330 manatdır. Bu qiymətə 3 gecə 4 gün oteldə qonaqlama, 3 gün səhər və şam yeməyi, Yeni İl şam yeməyi, şou proqram, Annenfeld ekskursiyası, Şəmkir City Park turu, Qala gecəsi və Dj şou program daxildir. Bundan başqa qonaqlara Shamkir Excelsior Hotel-ində hazırlanan Shamkir Brau pivəsi və yerli istehsal olan şərablar veriləcək.

Məlumat üçün bildirək ki, 6 yaşa qədər 1 uşaq turda pulsuz iştirak edəcək. 6 yaşa qədər 2 ci uşaq və 6-12 yaş arası uşaq 200 manat 12 yaşdan yuxarı  uşaqlar üçün isə ödəniş 300 manatdır. Turla maraqlananlar 012 409 44 10; 012 409 44 20 ; 050 409 44 10; 055 409 44 20 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır