Bakı ilə Samara arasında birbaşa reys açılacaq
27 NOYABR
236

Bakı ilə Samara arasında birbaşa reys açılacaq

Rusiyanın “NordStar” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə əldə edib.

Turizm.fins.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin Aaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Sənəddə bildirilir ki, “NordStar” həftədə bir dəfə olmaqla Samara-Bakı reysi ilə müntəzəm sərnişin daşınması üçün icazə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır