Həftəsonu harada və necə istirahət etmək olar ?
30 NOYABR
339

Həftəsonu harada və necə istirahət etmək olar ?

Həftə sonu yaxınlaşır bu isə odeməkdir ki, gərgin iş həftəsindən sonra yaxşı istirahət lazım olacaq. Yaxşı istirahət etmək yaxşı işləmək qədər vacibdir. Çünki iş gərginliyi insana növbəti həftələrdə bütün gücünü işə səfərbər etməyə imkan vermir. Odur ki, Turizm.fins.az həftəsonu üçün baş çəkiləcək bir neçə yeri təqdim edir.

“Maya Mexican Restaurant”

“Maya Mexican Restaurant”da həftəsonu şənbə və bazar günü xüsusi live musiqi olur. İspan musiqi həvəskarları retoranın hər iki zalında təşkil olunan canlı musiqiyə qulaq asa bilərlər. Lavida zalda keçirilən party-ə giriş pulsuzdur. Lakin parti də iştirak üçün bəzi qaydalara əməl etmək lazımdır. Partiyə gələn bəylər mütləqdi ki xanım ilə gəlməlidirlər. Əks təqdirdə parti də iştirak edə bilməzlər.

Restoranın ikinci zalı Mayada da live musiqi təşkil olunur. Belə ki həftəsonları burada Mariaço qrupunun canlı ifları olacaq. Giriş pulsuzdur.

“Pivnaya Apteka”

Pivnaya Apteka bu məkana gələnlər üçün xüsusi kampaniya hazırlayıb. Belə ki,4 pivə alana 1 set hədiyyə olunacaq . Set-ə isə qızardılmış düşbərə, saçaqlı pendir, noxud və fısdıq daxildir. Bakal pivələrin qiyməti 6.50-9 manat arasında dəyişir. Banka pivələrin qiyməti isə 3.50-11 manat arasında dəyişir.

“Sky Grill”

Restoranda müştərilərə xüsusi təklif var. Belə ki, 15 manat ödəməklə 2 bakal şərəbla yanaşı 1 set müxtəlif içki ilə içmək üçün qidalar verilir. Bura həmçinin müxtəlif pendir çeşidləri də daxildir.

"Winter Bazar"

3 Dekabr 2017-ci ildə "Passage 1901" istirahət və ticarət kompleksində  "Winter Bazar" (Qış Bazarı) yarmarkası təşkil ediləcək. Yarmarkada 50-dən çox dizaynerlərin əl işləri təqdim olunacaq onlardan, 10-u geyim dizaynerləri və 40 hand made dizaynerləri- bəzək əşyaları, oyuncaqlar, ətirlər, ev üçün əşyalar kosmetika və s olacaq.

“River İnn”

Nabranda yerləşən River İnn otelində həftəsonları iki nəfərin qonaqlaması 79 manatadır. Bu qiymətə 2 nəfərin oteldə qonaqlması və səhər yeməyi daxildir.

“Park Cinema”

Dekabrn 3-ü Parkc Cinema kinoteatrlarında ölkəmizdə qala gecəsi baş tutmuş “Kardeşim Benim-2”filminin nümayişləri olacaq. Film Park Cinema kinoteatrlarında müxtəlif vaxtlarda nümayiş olunacaq. Qeyd edək ki ekran əsərində türkiyəli məşhur aktyor Burak Özçivit və məşhur aktrisa Fəxriyyə Evdcan rol alıblar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır